letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qayıdırıq payıza - qaraqan

Loading...

gecələr uzun, günlər qısalır
ağıl azalır, dillər uzanır
atıb getdiyim o şəhəri tapa bilmirəm mən xəritədə
deyirlər, day gəlmir səsi əzanın
dolanır qəlbinə xatirələri
sənə verdiyim o söz dənələrin topla
səp mərmər qəlblinə, bəlkə biri çatı keçə, aça çiçək
bəlkə soyuqluğunun səbəbi payız
bəlkə yeni dünyada hamı belə buz
hanı de o qız, arzuları saf
yapış əlimnən, qayıdırıq payıza

açaraq səmaya qanadları
göylərdə qarışıb yağışa
bəlkə biz başqa dünyanın adamları
biz qayıdırıq əbədi payıza

gecələr uzundu, gündüzlər qısalırdı
sarımışdıq yaraları, sağalırdıq
kirayə mənzilə aldığımız əşyaların
arasında əsl sevgi axtarırdıq
hərdən qapılarımız bağlanırdı
hərdən dayaqlar atırdı karma
deyirdim, düzələcək, inanırdın
içimdə deyirdim: nə olar, inanma
hərdən gözlərə yağırdı yağış
hərdən ümid gətirirdi günəş
hərdən bağlayırdıq uzun barış
hərdən gecə-gündüz müharibə
qəzəb yandırırdı bizi, nifrətə yenilirdik
bütün xatirələr toz olurdu, silinirdi
hərdən öldürürdük sevgimizi birdəfəlik biz
amma əclaf səhər yenə dirilirdi
hərdən yaraşırdı gözlərinə qaranlıq
nifrətinə vurulurdum bir anlıq
bitirməmiş dilimizdə söyüşü
bir də görürdük dodaqlar öpüşür
açaraq səmaya qanadları
göylərdə qarışıb yağışa
bəlkə biz başqa dünyanın adamları
biz qayıdırıq əbədi payıza

açaraq səmaya qanadları
göylərdə qarışıb yağışa
bəlkə biz başqa dünyanın adamları
biz qayıdırıq əbədi payıza

letras aleatórias

MAIS ACESSADOS

Loading...