letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qadın ətri (trilogiya) - qaraqan

Loading...

[verse: qaraqan]
qısa qapanma, ilıq cappucino
yeni sətirlər, ağ-qara film, kino
mən sanki rəssam, fırçalarım xəzan
mən köhnə piano, akkordlar mi-minor
yeni avtobuslar, dayanacaqlar
tələsən insanlar dayanacaqlar
bakıya yağır noyabr payızı
bu yuxudan mən istəmirəm ayılım
mənim həyatımda yoxdu yaxşı insanlar
yaxınlar, səhvlərinə öyrəşdiyim adamlar var
mənim həyatımda yoxdu şəhzadələr
var göz yaşlarına toxunduğum qadınlar
bədəni tanımaq, tanımaq ən nöqtəsi
bu roman, bu kitabın yox nöqtəsi
sanki mələklər utanır ahlardan
bu pəncərələrin qapanır pərdəsi

[nəqarət: qaraqan]
və rəqs edərik səhərə kimi səninlə
bu mahnının olmasın nəqarəti
sadəcə qulaq as, sakitcə dinlə
saksafon və qadın ətri

[verse: qaraqan]
mən tapa bilmirəm hisslərimin adını
sən sanki içki, siqaret, pis vərdiş
mən sənlə qalardım bəlkə də əbədi
amma ki, şairlər içlərində dərviş
mən tapmalıyam allahı səhrəlarda
ya da ki, fahişələr həqiqəti pıçıldar
mən bilmirəm kim [bad word] hara aparır məni asfalt yollar
söz ver səni heç kəs belə görməyəcək
mən gedirəm, amma söz ver ki, gözləyəcəksən
mən gedirəm, səni sevirəm, əlvida
qorxma, xəyanətləri səndən gizlədəcəm
sən yenə hər səhər süz iki cappucino
bilmək olmaz, bəlkə bir gün qayıtdim
sən gözündə nifrət, baxarsan mənə
mən gülüb deyəcəm, salam darıxdım
[nəqarət: qaraqan]
və rəqs edərik səhərə kimi səninlə
bu mahnının olmasın nəqarəti
sadəcə qulaq as, sakitcə dinlə
saksafon və qadın ətri

letras aleatórias

MAIS ACESSADOS

Loading...