letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mən qədər sevən - qaraqan

Loading...

[bənd 1: qaraqan]
səni sevəcəklər, amma olmayacaq mən qədər sevən
dərinə sığal çəkilər, amma de, dərinə enən?
mən qədər dərdini bilən
çevirib qəlbi fitilə
yandırıb kül edib özünü
olacaqmı bu sevgidə itən?
səni sevəcəklər, amma gözlər elə pəncərədə
axtaracaqsan hərdən adımı, gecələr şəbəkədə
bütöv ömür hədər — bax artıq yarıdayıq
yuxularda görüşürük sənin ilə, yarıayıq
yaranı sarıyan olmayacaq mənim əllərim kimi
bədənin diri, ruh isə hardasa əriyir, itir
qızdıran olmayacaq, açsa da dünya dolu bir qucaq
donanda anlayacaqsan: onların heç biri deyilmiş ocaq

[nəqarət: bahar]
heç kəs verməz əvəzini
ilk və sonuncu sevgim
yüz il keçsə üstündən
yadındamı səninlə
biz əl-ələ gəzirdik buludların üstündə?

[bənd 1: qaraqan]
səni sevəcəklər, amma olmayacaq mən qədər sevən
mən qədər bilən olsa səni, elə mən qədər sevər
verəcəkləri güllərin hamısı solacaq bir gün, bil
səpilən qəlbinə, bu sevgi isə içində əbədi bitər
getmirəm falçılara, mən bilmirəm gələcəyi, yox
amma bir gecə səninlə üz-üzə gələcəyik, hə
yanında sevəcəyin, yalandan “sevirəm” deyəcəyin
görüşəcək gözlərimiz, güləcəyik, keçəcəyik
[nəqarət: bahar]
heç kəs verməz əvəzini
ilk və sonuncu sevgim
yüz il keçsə üstündən
yadındamı səninlə
biz əl-ələ gəzirdik buludların üstündə?

letras aleatórias

MAIS ACESSADOS

Loading...