letra de laləzar - qaraqan
dinləyirdik klassik qaraqan treklərini
hisslərimizi bütün dünyadan gizlədirdik
yaşayırdıq sanki yuxuda
mən yazırdım “gəl gedək, orda insanlar…”
sən deyirdin “ata evindəyəm, sanki zindanda”
boğulurdu içimizdə qiyam
bakının küçələri — bizim izlər
hara getsəm, batır ürəyimə bizlər
hər dəfə yeni döngədə düşünürəm, gələcəyik üz-üzə
bu qədər uzun bir fasilədən
sonra belə dolu içim xatirələr
sanki bizim tərk etdiyimiz
o sevgiyə abidəyəm
hisslər sorğulamaq üçün
dərslər səni unutmaq üçün
dostlar dar günümdə qorumaq üçün
yaddaş yaralamaq üçün
təhsil ağrıkəsicim
təklik kim olduğumu anlamaq üçün
amma yağış, amma kədər
səni salır yadıma və
gecələr mənim yuxularıma gəlirsən
yarı qəmli, yarı xoşbəxt
yarı sevgi, yarı nifrət
sönən közlərini yaralarıma səpirsən
qaçırırdı yoldan keçənlər gözlərini
bir şəhər insan bir-birindən nəsə gizlədirdi
qəlblərin içində sönürdü inam
saçlarının arasında əriyirdi qar
şaxtadan yanaqlar qıpqırmızı laləzar
xəbərimiz yox idi ki, gəlir boran
yadımdadır bizim o əbədi sevgi
dediyimiz necə bir gecə bitdi
elə bildim zarafatı taleyin, amma ciddi
küləklər aldı saçlarını
hüsnün itdi kölgələrdə
söylədin “dön gəl”
amma ilişdi ahın zalım döngələrdə
hisslər sorğulamaq üçün
dərslər səni unutmaq üçün
dostlar dar günümdə qorumaq üçün
yaddaş yaralamaq üçün
təhsil ağrıkəsicim
təklik kim olduğumu anlamaq üçün
amma yağış, amma kədər
səni salır yadıma və
gecələr mənim yuxularıma gəlirsən
yarı qəmli, yarı xoşbəxt
yarı sevgi, yarı nifrət
sönən közlərini yaralarıma səpirsən
letras aleatórias
- letra de i want a lot now (so come on) - the murder city devils
- letra de yawning brahmins - the joggers
- letra de zombie baby - sekshun 8
- letra de cheesecake - chetta
- letra de andrómeda - rafa espino
- letra de affirmation - elli$ and stan green
- letra de like this - lyfe jennings
- letra de чужая мечта (someone else's dream) - earl d.
- letra de allt hjärta - simon emanuel
- letra de niki - lech janerka