letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de günəş altında - qaraqan

Loading...

[bənd: qaraqan]
günəş altında yox yeni heç nə
keçmək istədiyin sərhədləri kimsə səndən öncə keçib
ilk dəfə gördüyün dənizi min illər öncəsi ezop içib
köhnə içi hər şeyin, təzə ancaq üz qabığı, ev qabağı
qoca dərzinin iti baxışına sataşır sapları yeni yamağın, yeni sabahın

ürəklərdə nə nurdu, nə qaranlıq — bizim ürəklər alatoranlıq
günəş altında yox yeni heç nə, yarı tövrat, yarı quranlıq
səhranı dolandı, qumlara uzandı, çoban aqil
öyündü: “burda ilk yatan mənəm” — xəbərsiz, yatır qumun altında babil

[nəqarət]
günəş altında yox yeni heçnə
gəlir gündüz bitir gecə
atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
günəş altında yox yeni heçnə
heçnədən gəlib dönürük heçə
əvvəlin sonu, səhranın qumu
damlayam dənizin yarıyam mən
günəş altında yox yeni heçnə
gəlir gündüz bitir gecə
atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
günəş altında yox yeni heçnə
heçnədən gəlib dönürük heçə
əvvəlin sonu, səhranın qumu
damlayam dənizin yarıyam mən
[bənd: qaraqan]
günəş altında yox yeni heçnə
oxunub bütün nəğmələr, bəstələnib şeirlər
bu dizini mən bilirəm əzbər, baxmayanlar, sizə xoş seyirlər
sizə xoş səyahətlər, çıxacaqsız dünyanı səyahətə
bir gün varacaqsız mənim kimi sonuna qərbin
deyib, ağacan, bu ki, beşiyi şərqin
içi didərgin, içi susqun, içi viranə, içi gərgin
neçə məşum, neçə zavallı, üzü təbəssümlü, amma içi bədbin
necə kəskin xəncərə çevriləcək filizin, əgər yonmasan öz içini, qəlibin
xəncərinin qəlibi qəlbin, atəşi talehin, çəkici dərdin

ölü balıq üzər axın ilə, ancaq diri balıq axın əksinə üzəcək
özgəni imdadı bilən, yüz qapı döyüb öz qəlbinə dönəcək
məninə varacaq, yetəcək, qum dənələri səhraları yapanda
doğanda qığılcımlar atəşi, balaca damla dəniz olduğun biləcək

[nəqarət]
günəş altında yox yeni heçnə
gəlir gündüz bitir gecə
atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
günəş altında yox yeni heçnə
heçnədən gəlib dönürük heçə
əvvəlin sonu, səhranın qumu
damlayam dənizin yarıyam mən
günəş altında yox yeni heçnə
gəlir gündüz bitir gecə
atalar qocalar, oğullar böyüyər, yenə eyni səhvləri seçər
günəş altında yox yeni heçnə
heçnədən gəlib dönürük heçə
əvvəlin sonu, səhranın qumu
damlayam dənizin yarıyam mən

letras aleatórias

MAIS ACESSADOS

Loading...