letra de gəl və bax - qaraqan
gəl və bax
gecə necə yaraşır sənə
hilal ala gözlərinə
haralarda arzular
dönər mənə
yarpaqları saralır
payız məni yenə özü ilə aparır
yenə atır məni dünənlərin içinə
acı xatirələrimin dəli qatarı
uçuruma aparır məni sənin izin
de, görə bilirsənmi gələcəyimizi?
qocalarmı əlin əllərimin içində?
bunlar hamsı tapmacadı, bizə gizli
heç kəs bilmir cavabın
nə gətirər qara qutuları sabahın
dolu işıq ilə, yoxsa içi qaralı?
dizi yaralı sevgidən, amma gedir yolun davamın
qramafonun səsi ruhlar ilə dolu
mənim yuxularım buruqlar ilə dolu
məktubları ‘’yox’’lar ilə dolu, nöqtələr aralar ilə
yaralıdı qəlb, çünki sevgin oxlar ilə dolu
gəl və bax
gecə necə yaraşır sənə
hilal ala gözlərinə
haralarda arzular
dönər mənə
gəl və bax, həyat kimə çevirib de məni
gəl və bax, söylə gözlərimin içi nə deyir
tanımadığın adam sənə doğma ya özgəyəm?
nə hiss edirsən, de gözəlim
gəl və bax bizim gələcəyin falına
bax, bəlkə bizdə bir də alınar
ikinci dəfə – ikicə nəfər və bircə hədəf
üfürək bu közlərə, verək ikinci nəfəs
gözlərindən oxuyuram artıq mümkün deyil
ürəyi söndürürük, yandırırıq beyini
biz baxırıq ətrafa sanki çiçəkli bahar
amma piyadalar qalın geyinib
ötürüm mü səni? tanımıram evini
barmağında üzük, o görəsən evli mi?
axır göz yaşı, çünki bilir, sevilir
gəl və bax
gecə necə yaraşır sənə
hilal ala gözlərinə
haralarda arzular
dönər mənə
letras aleatórias
- letra de ellen degeneres - lil b
- letra de fumer - maes
- letra de dragon scale - h34567ujkhgd
- letra de gopro - boyder
- letra de come - elijah yo
- letra de neon lights (jump smokers remix) - demi lovato
- letra de great unknown (acoustic) - kirsten arian
- letra de jailbirds - behind sapphire
- letra de storm (interlude) - ivan b
- letra de soñando contigo - fary j