letra de bir - qaraqan
[intro]
hərdən məndən soruşurlar ki, dünyanı xilas etmək üçün sənə neçə nəfər lazımdır? mən onda cavab verirəm: bir
[chorus]
gör necə gözəldir dünya
amma biz onu etmişik eybəcər
göy üzü, ulduzlar
günəş batsa da yerinə ay çıxır gecələr
əl-ələ verin, dostlar
axı güc var hələ hər kəsi dəyişməyə
hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər
[verse 1]
bəzən bir gülüş bəsdir ki, ağbirçək anan sevinçdən ağlasın
bəzən bir öpüş bəsdir ki, sürücü sevgiyə görə qatarı saxlasın
bir cibdəki quru qəpik bir dilənçinin xoşbəxtliyi ola bilər
bir qara tütək, iki kor göz, kasıb bir ailəni tam saxlaya bilər
bir baxışla ömürlük sevərsən, bir məktubla sevgini qazanarsan
bir yalanla hər şeyi itirərsən, bir çiçəklə yenə geri qayıdarsan
bir küləklə yaşayar min gəmi, bir günəşlə yetişər min meyvə
min qeybət birləşsə belə qalib gələ bilməz bir sevgiyə
[chorus]
gör necə gözəldir dünya
amma biz onu etmişik eybəcər
göy üzü, ulduzlar
günəş batsa da yerinə ay çıxır gecələr
əl-ələ verin, dostlar
axı güc var hələ hər kəsi dəyişməyə
hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər
[verse 2]
bir dərmana möhtac xəstə, amma bu gün onu almağa yox pulu
bir kitabla alimə çevirmək olar adi bir fəhlənin oğlunu
bir böhtan bir təmiz qızı bir günün içində çevirər pozğuna
bir damla göz yaşıyla bir qız bir oğlanı çevirəcək məcnuna
bir sığalla yetimlər daha özlərini hiss etməz tək-tənha
bir zarafat, iki soyumuş dost yenidən olacaq qardaş, doğma
bir budaqdan düşən almayla bir dünya tam dəyişirsə
onda gör bir sən, bircə sən bu dünyanı necə dəyişirsən
[chorus]
gör necə gözəldir dünya
amma biz onu etmişik eybəcər
göy üzü, ulduzlar
günəş batsa da yerinə ay çıxır gecələr
əl-ələ verin, dostlar
axı güc var hələ hər kəsi dəyişməyə
hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər
[verse 3]
mənə bəs edəcək bir qələm ki tənhalığımda sevgilim olsun
mənə bəs edəcək şəhzadə baxışları ki bu tilsimi qırsın
mənə bəs edəcək bir kərpic dağılmış sarayı yenidən qurmağa
mənə bəs edəcək bir kömək əli dar günümdən ayaq üstünə durmağa
mənə bəs edəcək bir dinləyicim, bilsəm ki ona kömək olmuşam
mənə bəs edəcək bir qələm və bir qələmlə neçə düşmən vurmuşam
səni ruhdan salmasın dərdlər, bil onlar sadəcə bir ömürlük
bir xoşbəxt an sürəcək əbədi, yüz illik, dərd bir günlük
[outro]
bəzən dünyanı dəyişmək üçün bir gülüş də kifayətdir
gör necə gözəldir dünya
amma biz onu etmişik eybəcər
göy üzü, ulduzlar
günəş batsa da yerinə ay çıxır gecələr
əl-ələ verin, dostlar
axı güc var hələ hər kəsi dəyişməyə
hərəyə bir sevgi, bir ürək, bir dünya bəs edər
letras aleatórias
- letra de achso - yin kalle
- letra de dancing with the lights out - sheafy
- letra de lyrics overload - esther(mary k) ft walkah
- letra de saul good - soma
- letra de どうやら、私は (douyara watashiwa) - chelmico
- letra de pure caucasian - bigkaybeezy
- letra de lonely - laai
- letra de schizophrénie & da 7 - enfants morts
- letra de blugi - marked for deletion
- letra de forrest gump - ray vida, don faro, jack nomadic