letra de aysel - qaraqan
[verse: qaraqan]
qaranlıq otaq, dörd divar
ayselin gözlərində daşa dönmüş arzular var
yenə təkdi, qapısı bağlı arxadan
yenə təkdi, onu yoxdu yada salan
qaranlıq, valideynlər, davalar, söyüşlər
ailəvi şək!llər, yalançı gülüşlər
kriminal dram əsərinin səhnələri
ayselin otağının bağlı pərdələri
məktəb dəftərləri, qiymətlər, imtahan
kaş biləydi müəllimlər ki
evdə ona uddururlar qan
qaraqan, host, qulaqlarda mahnılar
ancaq onları dinləyəndə bitir ağrılar
ana şillələri, ata zərbələri
aysel gündəliyindən cırır səhifələri
hardasan host? məni valideynlərdən qurtar
yumub gözlərin, təkrarlayır bu kəlmələri
[nəqarət: aysel]
mən azadam, mavi səmada göyərçin
mən azadam, qanadlarım artıq güclü
mən azadam, qıracam bu qəfəsləri
mən mələyəm, vətənim göylərdi
mən azadam, mavi səmada göyərçin
mən azadam, qanadlarım artıq güclü
mən azadam, qıracam bu qəfəsləri
mən gedirəm, məni heç kəs gözləməsin
[verse: qaraqan]
güzgünün qarşısında qara kapüşon
aysel bu gün bütün şoulara qoyacaq son
bezib artıq valideynlərdən qorxmaqdan
düz 18 il evdə ev heyvanı olmaqdan
bezib qadağalardan, bayıra çıxmaq olmaz
o sanki əşyadır, satılır, əl vurmaq olmaz
olmaz zənglər, dostlar, heç nə eləmək olmaz
ən böyük cinayət, ayselə sevmək olmaz
qara buludlar, pəncərəni döyür yağış
qorxular pıçıldayır talehinlə barış
qış əbədidir həyatında ayselin
ağlama, nolar ağlama ayselim
yaralı qanadlar qəfəsdə tələdə
valideynlər, davalar yenədə hələdə
qara gözlər bezib eyni mənzərədən
bu gecə aysel uçacaq bu gün pəncərədən
(nəqarət: aysel)
mən azadam, mavi səmada göyərçin
mən azadam, qanadlarım artıq güclü
mən azadam, qıracam bu qəfəsləri
mən mələyəm, vətənim göylərdi
mən azadam, mavi səmada göyərçin
mən azadam, qanadlarım artıq güclü
mən azadam, qıracam bu qəfəsləri
mən gedirəm, məni heç kəs gözləməsin
[verse: qaraqan]
bir milyon qız bu dəqiqə eyni vəziyətdə
bakıda, kəndlərdə çəkirlər əziyyətlər
bağlı otaqlarda bir milyon ayseltək
fidanlar, səbinələr, leylalar, aytənlər
ədalət – qızlar və oğlanlar bərabər
kaş bunu anlayardı mehriban valideynlər
adətlər yaşayır, məhv olur talehlər
bir milyon qız şikayətçi indi talehdən
azaqlıq – bu nə əxlaqsızlıq, nə tərbiyəsizlik
azadlıq – qızlar da insan kimi yaşamaq istəyir
azadlıq – bu hər bir vətəndaşın saf hüququ
qadınlar nə dustaqdı, nə düşməndi, nə quldu (x2)
[nəqarət: aysel]
mən azadam, mavi səmada göyərçin
mən azadam, qanadlarım artıq güclü
mən azadam, qıracam bu qəfəsləri
mən mələyəm, vətənim göylərdi
mən azadam, mavi səmada göyərçin
mən azadam, qanadlarım artıq güclü
mən azadam, qıracam bu qəfəsləri
mən gedirəm, məni heç kəs gözləməsin
letras aleatórias
- letra de million bucks - dot rotten
- letra de peaches and grapefruit - frank benz
- letra de reka - super besse
- letra de casimir - bourvil
- letra de ghost girl - telepopmusik
- letra de om trayambakam - freedom café
- letra de ace of spades - warhol.ss
- letra de moeto geto - radkou
- letra de l.m.l.y.p. - ween
- letra de quizás - j chaiane