letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de əksinə - qaraqan

Loading...

bütün sualları özüm cavabladım
qadağan edilənləri varağladım
həqiqətlərini soraqladım
bağlı darvazalarını araladım
açar oyuğundan mən içəri baxdım
göründü yalanın yamaqları
qanlı caynaqları gizlədir zər-zinət
yalandan saraylar boş xəzinə
ilanların hiyləgər izinə
düşüb dedim, bəlkə dünya dönür

əksinə!
bizə deyilənlərin hamısı tərsinə
mən inanmıram bircəsinə
bizə deyilənlərin hamısı tərsinə
əksinə, tərsinə, tərsinə
tərsinə!

düşmənlərimin adını əzbərlədim
qorxularımı elədim hədəflərim
yolumdan geri dönmərəm
qatilləri yerdə görmədən, yeah
alışdım, mən bir də sönmərəm, yeah
qorx desələr mənə gülərəm, yeah
sus desələr söylərəm
düz desələr dönərəm
sən də nə desələr elə 180
tam əksi, hamısı propaqanda təsiri
hətta papa, qandi, travis
hətta netflix, grammys, elvis
gucci, balenciaga, prada – yorğanlardır, babil yatır
yarasanın yuxusu
başayaqdır burda, dünya dönür
əksinə!
bizə deyilənlərin hamısı tərsinə
mən inanmıram bircəsinə
bizə deyilənlərin hamısı tərsinə
əksinə, tərsinə, tərsinə
tərsinə!

iti uclarını sözün hamarladım
ruha çevrilənin ruhuna bağlandım
qaranlığı görüb aydınlandım
həqiqəti anlamaq yaraladı
azad elədi o məni, qanadlandım
artıq özümə inanıram
çətin sizə inanım

dünya dönür əksinə, əksinə
deyilənlər tərsinə, tərsinə
dünya dönür əksinə, əksinə
əksinə, əksinə, tərsinə, əksinə
dünya dönür əksinə, əksinə
deyilənlər tərsinə, tərsinə
dünya dönür əksinə, əksinə
tərsinə, əksinə, əksinə
əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə, əksinə

letras aleatórias

MAIS ACESSADOS

Loading...