letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de nuh və gəmi - puzzle (az)

Loading...

ilk hissə:
röyanı dərk elə
dünyanı tərk elə, onu daha sağaltmaz yamaqlar
yaradılışını qucaqla, anla: o xilas olar qucaqlamaqla
hər yeni qonaqda o da qocalır; dünyanın sahibi müvəqqətidi
dünya cəhənnəmdi, o da ocağı(dı) – dünyanın sonunu nüvə’n gətirir
dünyanın sonuna yaxınlaşırıq, göylərdən yerlərə mələklər düşür
ədalət tərəzidə paxıllaşır (deyə) əlindən düşmürdü ələk, zərdüş(t)ün
gördüm yazır, mən də dayanmadım, qələmin itiliyin(i) it elədim
zirvədə nə vaxt ki sıxılmışam, sözləri beat eləyib, (aşağıya) itələdim
get-gedə həqiqət də nağıllaşır, yaxınlaşın, görün yuvasını
mərkəzindəyəm yenə, yağır yaşıl – mənim evim göyün yuxarısı(dı)!
bərpa edə bilmir hətta tanrı da, biz inama inamı itirmişik
almanı bəhanə edərək, meydana bir anda ilanı gətirmişik
zamana öyrəşib (onu) unutsan belə, həyat kitabında vərəqlər dolur
qorxuya qapıldın, böyütdün yenə, sadəcə ölürsən və əqrəb(lər) donur
doğru addımların mənası olursa, mənanın mənası nədi ki, bəs?
mənanın mənası: yaradan insanın səbəbidi, (çünki) ona verdi nəfəs
insanlar çoxaldı ölməmək üçün, amma çoxalmaq gətirdi sonunu
“dünya” romanında “insanlar” sətrdi (və) bu sətr, son sətrdi, (romanın) sonudu
yol sevmir həyatı planlamağı, tez yön duyğunu itirib yola çıx
cəsarətin yaranı bağlamalı, ki şübhələri bitirib, önə çıx
“incəsənət” adını verib, əzərək, sənəti incəldib, yox etdilər
həqiqət agah oldu, ayıldılar və sənətdən iyrənib, (hərşeyi) pox etdilər
8 yaşımda yazdım ilk yazımı, amma siz sadəcə gördüz birazını
inanmışam deyə sözlərin gücünə, hazır etdim albomu 23’ünə!
doğrunu qoruyaraq özünü yorub, boşuna keşik çək(əcəksən), nə vaxta qədər?
təsəlli olansa sadəcə bu olur: “öyrənmək beşikdən məzara qədər”
görünmək, doğrunun özəlliyidi
fəlsəfə – sorğunun gözəlliyidi
sorğulayanlar olub ruh və (hamısı) dəlidi
çıxış yolu (isə) yanlız nuh və gəmidi
son hissə:
bu dünya “nuh gəmisi”di
içində xilas olan hər cür heyvan var
dolub daşdı meydanlar
izlədim hamısın(ı) eyvandan
bu dünya “nuh gəmisi”di
o, qəbul edib, içində həm də sirr saxlar
bilməyən insan(lar) kin saxl(ay)ar
izlədim hamısın(ı) uzaqdan…

letras aleatórias

MAIS ACESSADOS

Loading...