letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de bünövrələr - puzzle (az)

Loading...

giriş:
bünövrə lazımdı, bu dövrə
çünki, domino daşı kimi yenə ard-arda dağılır “sütun” dediklərimiz
bünövrə lazımdı, hər dövrə!
lazım(dı) bizə bərk gövdə, yoxsa solar hər çöhrə

ilk hissə:
bünövrə elə bir şeydi ki, zamanla tələbəni usta edir, ustaca
bünövrə elə bir şeydi ki, usta olan deyir: daim ona möhtacam!
bünövrə elə bir şeydi ki, dartaraq kökündən səni təmələ çatdırır
bünövrə elə bir şeydi ki, əziyyətin(i) çəkəndə səni əmələ çatdırır
bünövrə – iç yaralarına təbib
bünövrə, səmimi olana təbii(di)
bünövrə – yolunda yolaçan olur
bünövrə soruşur: yol haçan olur?
sən də cavabsız qala bilməsən, təmələ doğru enir macəra
bünövrəni ondan ala bilməsən, o geri qaytararmı əcaba?
bünövrə şəxsidi, barmaq izitək, ona məxsus olan izlərin(i) qoyur
bünövrə şəxsidi, barmaq izitək, fərqlənir – hər kəsdə o fərqli olur
bünövrə əməldə təmələ enir;
heç nəyi yox(du) onun, bi(r) gövdəsi var
bünövrə qurmaqçün hər əməl eyni(di), (çünki) bünövrənin belə bünövrəsi var…

keçid:
bünövrə lazımdı, bu dövrə
çünki, domino daşı kimi yenə ard-arda dağılır “sütun” dediklərimiz
bünövrə lazımdı, hər dövrə!
lazım(dı) bizə bərk gövdə, yoxsa solar hər çöhrə
ikinci hissə:
bünövrə elə birşeydi ki, zamanla tələbəni usta edir, ustaca
bünövrə elə birşeydi ki, o danışanda dinləməlisən, sus, qoçaq
bünövrə elə bir şeydi ki, fikirləşmiş hər sözü vərəqə çatdırır
bünövrə elə bir şeydi ki, əziyyətin(i) çəkəndə sənə qələbə yazdırır
bünövrə yaxındı, (o) axındı həm də
bünövrə uzaqdı (və) paxıldı hərdən
bünövrə qaçacaq, onu qovala
düşünmə ki heç vaxt, “onu yoraram”
zamanmı öz iplərin(i) hörmədi?
yoxsa, başı qarışıdı (və) görmədi?
güc’üdü puzzle’ın, sualın sorğusu;
bünövrədən elə bünövrədi!
bünövrə şəxsidi, paylaşma daha, qoy qalsın yerində, çıxartma onu
bünövrə şəxsidi, paylaşmaq baha(dı), amma paylaşaraq çoxaltdın onu
təməlindən bünövrədimi yasaq?
paylaşdıq həmişə eyni yeri axı
biri əbədidi, birisə dayaq, bünövrə təməl (i)lə eyni deyil axı…

letras aleatórias

MAIS ACESSADOS

Loading...