
letra de yaradan - promete
[bənd 1]
rahat buraxmır suallar, axtarışındayam cavabların
ona görə girmişəm içinə kinoların və kitabların
bunu, yəqin ki, məndən əvvəl də düşünənlər olub (yüz faiz)
və yəqin ki, cavabı tapmaq üçün çatıb onların savadları
“kimik biz?”, “nə üçün buradayıq, görəsən?” heç düşünmürsənmi sən?
nədir səbəbi gəlişimizin və gedirik mütləq bir gün biz nədən?
bütün bunları tapmaq üçün gəzmək gərək, görmək gərək
axtarıb hər addımda tapmaq ki nədir bizdən gizlənən
[nəqərat]
hər yeni günü bizə gətirən
bizdən əvvəlkilərdən bizə ötürən
həyatımızı bəzəyən, hər yerdəsən
səni hiss edirəm, amma görmürəm
hər yeni günü bizə gətirən
bizdən əvvəlkilərdən bizə ötürən
həyatımızı bəzəyən, hər yerdəsən
səni hiss edirəm, amma görmürəm
[bənd 2]
bir gün mən çıxacam yola axtarışlarında həqiqətin
bəs əgər yanılıramsa və hər kəsin varsa öz həqiqəti?
bu barədə heç bir yerdə heç bir şey deyilmir qəti
yaradılışdan axtarır insanlar bunu və tapmaq çətin
demək, nə qədər insan varsa, vardır bir o qədər də tərəf
bəs nədir bu tərəfləri birləşdirən o tək hədəf?
elə boşu-boşuna getmək üçünmü gəlirik, görəsən, biz bura?
yoxsa bu həyat özü də keçid rolu oynayan bir ərəf
[nəqərat]
hər yeni günü bizə gətirən
bizdən əvvəlkilərdən bizə ötürən
həyatımızı bəzəyən, hər yerdəsən
səni hiss edirəm, amma görmürəm
hər yeni günü bizə gətirən
bizdən əvvəlkilərdən bizə ötürən
həyatımızı bəzəyən, hər yerdəsən
səni hiss edirəm, amma görmürəm
hər yeni günü bizə gətirən
bizdən əvvəlkilərdən bizə ötürən
həyatımızı bəzəyən, hər yerdəsən
səni hiss edirəm, amma görmürəm
hər yeni günü bizə gətirən
bizdən əvvəlkilərdən bizə ötürən
həyatımızı bəzəyən, hər yerdəsən
səni hiss edirəm, amma görmürəm
letras aleatórias
- letra de chasing rubies - live - hudson taylor
- letra de stargazing - realnev
- letra de let it spray - praxi
- letra de orange skies (a call for help) - salem tovar
- letra de vulcanoapocalypsis - infernal hate
- letra de fly like the gummiship - cammfoxboy
- letra de 1 chance - baynk
- letra de a boring song for indie rappers - holden stephan roy
- letra de shine - valence
- letra de we run it - xenia pax