letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de tanqo - promete

Loading...

[bənd 1] [promete]
1, 2, 3… 1, 2, 3. mənə ver güc!
sənin ülgücdən də iti, həqiqəti doğram-doğram edən baxışların
pərdələr açılır, bu buludlardır pərdələr
dərbədər bu dünya, mənə nə qədər yaşadıb ayrılığını?!

indi sənli günləri mənə ərmağan edib sanki tanrı
boş yatağımın içində, amma nə qədər sola və nə qədər sağa mən
dönəcəyimi bilmirəm ki
sənli günlərimdə sənsiz saatlarla
“tanqo”dur bu mahnının adı
[bənd 2] [promete]
hər səhər oyanan kimi düşündüyüm tək kəssən
üzümə təbəssüm qonaq gəlir, gizlədirəm hər kəsdən
mən qəsdən, hərdən səni qorxuduram yazılarımla
bəlkə də, buna görə biraz gözlədəcəklər qapılarında cənnətin məni

cənnətim mənim sənli anlarımdır
kim? de! kim məni olduğum kimi anlar indi?!
pansufi eşq dəlisi olaraq qələmə verin məni!
amma dəyişə bilməyəcəm heç nəyə onun ətrini

[bənd 3] [promete]
qızardı günəş hirsindən, dan və qürub, adının sənə
qoyulduğunu görüb, durub, damın üstündən baxıb, gülüb
zövq alıram gedişatından həyatın
həyatın bir anını belə buraxmadan tut əlimi bərk-bərk sən

qonaq gedək uzaqlara, uzaqlara, uzaqlara…
həyatın bir anını belə buraxmadan, tut əlimi bərk-bərk sən
qonaq gedək uzaqlara, uzaqlara…

qələm aciz, əlim hakim, yazır-tökür sətirləri
beyin aciz, uca varlıq verir-verir fikirləri
gücüm aciz, sözüm sənin, yazdıqca hey yazır əlim
bu nə işdir, zərif iylim?! cazibən hey çəkir məni
çəkil bulud, çəkil mənim gözümə düşən o günəşi görüm
yoxsa, gəzilmir, bu şəhərin hər bacası, küçəsi zülm
isti avqust yenə gəlsin, verim ona zanbaq gülün
son dəfə də bu notları eşidib, razıyam, sonra ölüm…

[skit] [uğur ibrahimli]
biz nağıllarla böyümüşük
həyatımızda hər şeyi nağıl kimi etməyə çalışmışıq
hər addımımızda cənnət
hər qorxumuzda cəhənnəm görəcəyimizdən əmin olmuşuq
və sevgi…
sevgi həyatımızdan ayrılmaz bir hiss olub
biz ona inanmışıq
onun bütün suallarımıza cavab olacağı ümidi ilə yaşamışıq
inanaraq yaşamışıq

letras aleatórias

MAIS ACESSADOS

Loading...