letra de sonu görünməyən yol - promete
[bənd 1]
hər sətir sanki bahalı bir almaz
içimin dərinliklərindən yazıram almost
kick, snare, hi-hat, bir də bass
bəs edir ki, mən yazım sətir və yazım səs
amma bəs eləmir hərdən bir bitki
qarşısı alınsın hansısa itki
bu istedaddır, vərdiş yoxsa vergi
kim bilir ki, kim bilir ki?
qara-qura vərəqləri toplasam yataq otağımdan
metenin səsi əskik olmaz qulağından
bu mahnılar hərəsi bir uşağım
mən tez-tez ata oluram
ilham pəriləri sevgililərim
sətirlərin izləri həyatlarda dərin
qayda-qanunlar maneələrdir
amma çoxdan aşmışam bu çəpəri
[nəqərat]
həyat yoldur sonu görünməyən
gedirəm mən üstündə sürətlə
de, kim var ki, əvəz edilməyən?
sadəcə addımla diqqətlə
həyat yoldur sonu görünməyən
gedirəm mən üstündə sürətlə
de, kim var ki, əvəz edilməyən?
sadəcə addımla diqqətlə
[bənd 2]
neçə-neçə vərəqi qələmin diyircəyinə
poliqon elədim, səsim əsmədi
nə canlı, nə də monoton tonumu dinləməyib hələ heç kim
ilhamım elə həyatın özüdür
onu gətirmir nə otlar, nə də ki, içki
və o kəs ki, deyir ki, mete indi bitirəcək sürəti
qoy dinləsin gözünü açıb, üzünü aşağı əyəcəyi şiddəti
[keçid]
səhnə darıxmır, əgər mən onda
kütlə darıxmır, əgər mən onla
əllər də havadadır, yellənir sağa-sola
səhnədə mete, mən hegemonam
səhnə darıxmır, əgər mən onda
kütlə darıxmır, əgər mən onla
əllər də havadadır, yellənir sağa-sola
səhnədə mete, mən hegemonam
[nəqərat]
həyat yoldur sonu görünməyən
gedirəm mən üstündə sürətlə
de, kim var ki, əvəz edilməyən?
sadəcə addımla diqqətlə
həyat yoldur sonu görünməyən
gedirəm mən üstündə sürətlə
de, kim var ki, əvəz edilməyən?
sadəcə addımla diqqətlə
letras aleatórias
- letra de audio88 bei einem poetry slam - audio88
- letra de lewis carroll - vedova nera
- letra de regret - omenxiii
- letra de nervous wreck - sleepfirst
- letra de kacha lo ozvim - ככה לא עוזבים - muti taka - מוטי טקה
- letra de like me - burghtown
- letra de sink or swim - bent van looy
- letra de intro (total unterschätzt) - crystal-ice
- letra de acting - sweet trip
- letra de with truth - temme scott