
letra de dəli küləyim - promete
[giriş]
əs, əs
dəli küləyim
əs, əs
[bənd 1]
aylar ilə döndü
tək diləyim, niyə dönmədin?
mənim bu halımı
nə çəkdiklərimi gəlib görmədin
indi şahidim ol, dəli küləyim
bəlkə, təsəlli tapar sənlə ürəyim
amma onu sevirəm axı, neyləyim?
öyrət ona, sən öyrət sevməyi
[nəqərat]
əs, əs, dəli küləyim
de, söylə, neyləyim?
mən ona sevgimi necə söyləyim?
əs, əs, dəli küləyim
ol mənim köməyim
de ona sevgimi, yandı ürəyim
[bənd 2]
əzbərə bilinən qaydalar belə
pozulur mühit rahatlaşanda
münasibətləri qorumur heç nə
iki doğma insan yadlaşanda
baxaq görək, kim daha da sərt?!
kim daha acıdil, kim daha düz?!
bu qalmaqallar dənizində
mən “bizsizlik”i üzəcəm, sən məni üz
dördbucaq üstünə üçbucaq
indi sadə fiqurların kəsişməsi
sənin kimi məni də məyus edir
tanıdığım insanın bu qədər dəyişməsi
kiçicik səhvlər var ki, böyükdür
bəzi böyük düzlər isə heçdir
yaşanılan səhifələri daha qurdalama
bu, bir külək idi, əsdi və keçdi
[keçid]
indi şahidim ol, dəli küləyim
bəlkə, təsəlli tapar sənlə ürəyim
amma onu sevirəm axı, neyləyim?
öyrət ona, sən öyrət sevməyi
[nəqərat]
əs, əs, dəli küləyim
de, söylə, neyləyim?
mən ona sevgimi necə söyləyim?
əs, əs, dəli küləyim
ol mənim köməyim
de ona sevgimi, yandı ürəyim
əs, əs, dəli küləyim
de, söylə, neyləyim?
mən ona sevgimi necə söyləyim?
əs, əs, dəli küləyim
ol mənim köməyim
de ona sevgimi, yandı ürəyim
əs
letras aleatórias
- letra de deux minutes de soleil en plus - enzo enzo
- letra de un mundo sin peligro (from "código lyoko evolution fandub") - juanma rios
- letra de siri - vanessa mdee, barnaba
- letra de keep me warm - tom rosenthal
- letra de es stört - zaunpfahl
- letra de rapture - asbo slipz
- letra de le kayak rouge - plume latraverse
- letra de the unsettling dark - martriden
- letra de guayaguayare - kobo town
- letra de megafoni - fintelligens