letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de anaya məktub (bəlkə də) - promete

Loading...

[bənd 1: faiq ağayev]
gələrəm, bu yaya gələrəm
yay ötsə, payızda gələrəm
gələrəm, bu yaya gələrəm
yay ötsə, payızda gələrəm

nigaran qalmısan, bilirəm
gələrəm qaranquş gələndə
nigaran qalmısan, bilirəm
gələrəm qaranquş gələndə

[bənd 2: promete]
hər bir hekayə nədənsə başlar və nədəsə bitər
bu həyat seçimi həmişə əvvəldən verməz ki
tarixin səhifələrində bəzən ərlər də itər
bunu o səhifələrdəki nəfərlər bilməz ki
mənə dözməyi atam, dəyişməyi sən öyrətdin
yaşadım bura qədər və deyiləm heç nəyə də peşman
həyat da göstərdi hər şeyin səddin-sərhəddin
insanları sevməli idim, amma var aralarında düşmən
məktəbdə deyərdilər, müharibə bəladır, pisdir
vətən anadır, ana müqəddəs və toxunulmaz
sənə burada olmağı yazmayacam necə hissdir
yazmayacam, çünki bilirəm göz yaşısız oxunulmaz
amma əmin ol, ana, bu dəfə biz bacaracağıq
mənə nəsə olsa, başını dik tut gəz ölkədə
növbəti hücum əmri verildi, bir azdan çıxacağıq
allah kərimdir, nə bilim, sağ qayıtdım mən bəlkə də?
[nəqərat: faiq ağayev]
bəlkə, bəlkə, bəlkə də…
bəlkə, bəlkə, bəlkə də…
bəlkə, bəlkə, bəlkə də…
bəlkə, bəlkə, bəlkə də…

[bənd 3: promete]
hər bir əsgər cəbhəyə cibində bayraqla gedər
ürəyin üstündə cibdə bir ədəd məktub da var
həmin məktub açılmaz, birbaş onun evinə gedər
bədəni isə torpağa həmin bayraqla qoyular
şərəfli yaşam, şərəfli həyat, şərəfli ölüm
ana üçün bala itkisi əti dırnaqdan qoparır
qucaqda bəslədiyini çiynində yola salmaq zülm
zaman amansızdır, doğmaları bax belə ayırır

[bənd 4: faiq ağayev]
aparır, məni vaxt aparır
könlündən, əlindən qoparır
aparır məni vaxt, aparır
könlündən, əlindən qoparır

ay ana, gözlərim qapanır
gələrəm buludlar keçəndə
ay ana, gözlərim qapanır
gələrəm buludlar keçəndə
[nəqərat: faiq ağayev]
bəlkə, bəlkə, bəlkə də…
bəlkə, bəlkə, bəlkə də…
bəlkə, bəlkə, bəlkə də…
bəlkə, bəlkə də…

letras aleatórias

MAIS ACESSADOS

Loading...