letra de aciz insan - 11 mart versiyası - promete
[bənd 1]
nə bir küçə, nə bir bucaq
nə bir qoca, nə bir uşaq
nə bir sətir, nə bir vərəq
ovutmur mahnılartək
yorğunam dost, yorğunam mən
əllərimlə, sanki yükümün çiyinlərdən
düşməməsinə kömək edirəm
üzümə də qəm yapışıb
gülərək gizləməkdən yaxşı heç nə tapmadığımdandır
bu aciz təbəssüm daim çöhrəmdə
gənclik bağçalarımı quraqlıq vurubdur, sanki
solubdur qönçələrim və tökülübdür pöhrəm də
[keçid]
şamam dövrəmdə dövr edəndə pərvanə
yandırdım qanadın, məhv oldu sevgimdən
səni axtaranda sularda, dürdanəm
çox dərin getdim, boğuldum mən
[nəqərat]
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan, aciz insan
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan, ey, aciz insan
(aciz insan)
əgər sevmək acizliksə
mən dünyada ən aciz insan
letras aleatórias
- letra de rino! - 6en
- letra de persi - andrès las
- letra de if floods of tears - john dowland
- letra de 弱虫さん (yowamushisan) acoustic version - seven oops
- letra de lunar eclipse - visages
- letra de dance - tru bad boys
- letra de racks in a safe - gunna
- letra de season in the sun - asher monroe
- letra de purest fire - in fear
- letra de überirdisch - joshi