letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de qartal - pranga

Loading...

verse 1

zəncirləri qır, parçala ver
ovuclarımda metal yonum
mən havada vurulan o təyyarə
partladılan qatar yolu
qandal qolum, vandal dolu solum
sinəm işkəncə medalyonu
yenilməz azərbaycan ordusu
əfsanəvi gəncə batalyonu

səsim çatır irəvana gur
yana yana vur
dişə diş, qana qan, kəllə kəlləyə
qanı qana vur
yan yana dur
elə bir ordusan ki, addım atanda yer silkələnir
yana yana vur
elə bir ordusan ki, vuranda göy üzü ildırıma bələnir

vur komandir, elə vur ki
ərşə qalxsın şuşanın üstündə tüstülər
vur komandir
şanlı silahınla, düşsün alovlar düşmənin büstünə
mən elə bir qartalam ki
bir qanadımı 92-də qırdılar mənim
mən hələ də çırpıram yaralı qanadlarımı
şəhid məzarlarının üstünə
düz 30 ildir qan yaddaşı
bəsdir, gözümə qan gəldi
mən füzuli, laçın, kəlbəcər, şuşa
qaracalı, xankəndi
qan dəydi dişimə bir dəfə
bu dəfə yox geriyə yol
dərəyə doldur leşləri, bu torpağa yol qur
vur !

üstümdə barut, əlimdə qan
hər iki ovcum qırdır mənim
iradəm dəmirqapı dərbənd, mərmi və qəlpə
dəli ruhum hərbə hazırdır mənim
millət, vətənəm, yurdam mən
yazıram tarixi burdan mən
ey vətən, səmalarında qartal
torpağında qurdam mən

bərkəm mən, hürkür bəşər kölgəmdən
evimdir səngərlər, ruhumda yatır sərkərdə
illərdir tərkəm mən
öz ana yurdumdan tərkəm mən
salam dar ağacı
hüzurundayam altaylardan
həmən o türkəm mən !
chorus

dünya dön desə belə dönmə vur!
cihana qarşı öndə dur!
basdığın hər döngə yurd!
arxanda bütün ölkə vur! (x2)

letras aleatórias

MAIS ACESSADOS

Loading...