letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de parisə salam de - pranga

Loading...

[bənd 1]
inanmazdım, 6 il keçər
nə vaxtsa hekayəmizdən 24 fəsil keçər
unut, gedim, heç olmadım, bil, keçər
gözlərinin yaşını sil, keçər
elə məftillər var ki, onları sökmək olmur
elə sevgilər var ki, kağıza tökmək olmur

küləklər əsməyəndə dalğalar dənizdən bezər
paris gözəl idi, sənsə parisdən gözəl
binaların damları və biz azad quş kimi
gözlərin dəniz, baxışların soyuq qış kimi
balaca əllərin isidərdi soyuq ruhumu
dəli kimi rəqs edərdik dərdimiz azmış kimi
yadımdadır, şanzelize necə gözəl görsənərdi
küçələr, musiqi, payız və kitab ətri
yorulmazdıq heç, səkilər bezərdi bizdən
indi təkcə bu mahnı yadigardır parisdən

[nəqərat]
au revoir, seniorita
tu me manques
les passants
n’oublie pas

parisə salam deyərsən
darıxmışam sizdən ötrü
səndən, sevgidən
bir də parisdən ötrü
[bənd 2]
perronlar islanır yenə
deyirlər ki, payız vidaların fəslidir, qadın
yağış çırpılır pəncərəsinə vaqonumun
ağrı verir izləmək bu hekayənin sonunu
adət olub hər gecə xəyalına sarılmaq
xatirələr küsdürdükcə ağlamaq və bağırmaq
qanlı siqaret kötükləri və ruhi sarsıntılar
mənəvi qırıntılar, sağalmaz dağıntılar

monparnas, terminal və nəmli reysləri
ölənə qədər silinməz qırıq ürəkdə izlərin
parisə sağ ol deyərsən, böyük olacaq özləmi
çünki bu şəhər içində səni gizlədir

hər gün şək!llərinə baxıb gözümü aldadıram mən
özüm-özümü aldadıram mən
soruşsalar, ‘’öldü’’ deyib yalan deyərsən
nə isə, özünə yaxşı bax, parisə salam deyərsən

[nəqərat]
au revoir, seniorita
tu me manques
les passants
n’oublie pas
parisə salam dеyərsən
darıxmışam sizdən ötrü
səndən, sevgidən
bir də parisdən ötrü

au revoir, seniorita
tu mе manques
les passants
n’oublie pas

parisə salam deyərsən
darıxmışam sizdən ötrü
səndən, sevgidən
bir də parisdən ötrü

letras aleatórias

MAIS ACESSADOS

Loading...