letra de küsüb getdi - pınar hazel & nigar xəlil
[bənd 1]
göy üzündə ay dolanır
yerdə gülür gül-çiçək
görən, haçan bir də yarım
qapımızdan keçəcək?
görən, haçan bir də yarım
qapımızdan keçəcək?
küsüb getdi yarım mənim
yollar batdı dumana
axı niyə öz eşqimi
düz demədim mən ona?
axı niyə öz eşqimi
düz demədim mən ona?
[bənd 2]
göydəki o tənha ulduz
sanki məni andırır
düşündükcə hicran odu
ürəyimi yandırır
düşündükcə hicran odu
ürəyimi yandırır
bəlkə, indi qəm içində
baxır o da yollara
axı niyə öz eşqimi
düz demədim mən yara?
axı niyə öz eşqimi
düz demədim mən yara?
[bənd 3]
baxacaqmı, görən, gəlib
pəncərəmə bir də yar?
ürəyimi saldı mənim
bir sağalmaz dərdə yar
ürəyimi saldı mənim
bir sağalmaz dərdə yar
göy üzündə ay dolanır
yerdə gülür gül-çiçək
görən, haçan bir də yarım
qapımızdan keçəcək?
görən, haçan bir də yarım
qapımızdan keçəcək?
letras aleatórias
- letra de дворник (street cleaner) - клаксон гам (klaxon gum)
- letra de far beyond destruction - xafbx
- letra de where do i go (rameses b remix) - nicky romero, vikkstar, alpharock & oaks
- letra de crazy for you - wiseguys (phl)
- letra de what for? - delivery
- letra de bright sunny days from here on out - kiandoesnt
- letra de yatta! (通常盤) - バンドじゃないもん!maxx nakayoshi
- letra de chris paul - xaviersobased & plaqueboymax
- letra de lonely part of me - mila & mira
- letra de dams - whin