letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ya indi, ya heç vaxt - paster

Loading...

[giriş]
göylərdə dənizdən danışırlar…
səmalara toxun!
indi! ya da heç vaxt…

[1-ci hissə]
orada çox danışırlar
orada çox danışırlar
burada zülmət və gecədir
yandırdım özüm üçün yoxdan işıqlar

mənim üçün boş şeydir kinayə
xoş gəldiniz “bina”ya!
qəlbimi satmışam!
pullara sevgi və yaşayıram anları
xoşbəxtlik kirayə

mən çətin və tənhayam, əlimdə sətirlər əlayam
bir gündə yaşayıram, bir gündə ölürəm
qalxıram, kəpənək, səmaya

bu qanan üçündür
həqiqətdir, amma yalan üçündür
mənim atam mənə heç nə verməyib və zirvəyə qalxmaq da anam üçündür!

[nəqarət]
bitəcək ömür!
“lambo”da “rich”, sarayda şah, ya ofisdə qul, ya da daxmada – xeyri yox, bir gündə insanlar ölür!
dayanmır, dünyamız dönür!
sus, ya da de!
qalx, ya da en!
hər şey, ya da heç nə!
ya indi, ya heç vaxt!

ey! hər şey, ya da heç nə!
ey! ya indi, ya heç vaxt!
ey! mənim içimdə səs var:
“hər şey, ya da heç nə! ya indi, ya heç vaxt!”

[2-ci hissə]
bir ömür qəlbimdə sancılarla
ya da bir ömür sarayda qancıqlarla
bir ömür dua və falçılarda
ya da bir ömür boş yerə!
inancım harda?!

qıfıllı qəlbin açarı yoxdur
sənin dərdlərinə məndə çarə yoxdur
məni mənə burax, sevgim ölüb
sənin suallarına mənim cavabım yoxdu, day!

ey! mən yaşayıram günlə!
əlimdə çek, ya da başımda güllə
hədəfə doğru, ya da axına qarşı
mən öləcəyim yerə də daşıyıram güllər
nə kölə, nə kənizəm!
küsən də deyiləm, önümdə təmizəm
öləcəyəm dənizə yaxın, mən bilirəm
danışırlar, çünki, göylərdə dənizdən!

[nəqarət]
bitəcək ömür!
“lambo”da “rich”, sarayda şah, ya ofisdə qul, ya da daxmada – xeyri yox, bir gündə insanlar ölür!

dayanmır, dünyamız dönür!
sus, ya da de!
qalx, ya da en!
hər şey, ya da heç nə!
ya indi, ya heç vaxt!

ey! hər şey, ya da heç nə!
ey! ya indi, ya heç vaxt!
ey! mənim içimdə səs var:
“hər şey, ya da heç nə! ya indi, ya heç vaxt!”

[çıxış]
əsas olma qolu içəridə bağlı
“n-gga”, əsas […] olmamaqdır
soğan olur-olsun nağdı
küçələr mənimdir, “boy”, day, “sorry”, səndə vaxtdır!
indi bilirəm, amma əvvəl nə üçün?
bir də soruşursunuz məndən səbəb nə üçün?
mənə pullar lazımdır səpələmək üçün!
mənə pullar lazımdır gəbərmək üçün!

letras aleatórias

MAIS ACESSADOS

Loading...