letra de tək qalanda - ədalət şükürov
[bənd 1]
gözlərimin qarasıydı
ürəyimin parasıydı
mən tək qalanda
heç demədin: “hara getdin?”
heç demədin: “kimə qaldın?”
mən tək qalanda
[nəqərat]
gözəlliyə uyan çoxdur
ürəyə qulaq asan yoxdur
aman, acı şərab dostum oldu!
sərxoş yolu gedən oldum
mən tək qalanda
vallah, yanıram, a dostlar
yanıram
mən tək qalanda
[bənd 2]
qızımız balacaydı
bir yaşı tamam oldu
biz tək qalanda
gecəyarısı gedən oldun
sənsiz bizə çətin oldu
biz tək qalanda
[nəqərat]
balaca ürək döyünürdü
bağrıma basıb söyünürdüm, aman
dedim, evim talan oldu
xoş xəbərə həsrət oldum
mən tək qalanda
vallah, yanıram, a dağlar
yanıram
mən tək qalanda
[bənd 3]
illər ötüb keçən oldu
qızımızın toyu oldu
sən tək qalanda
məclis deyib gülən oldu
dost-tanışdan uzaq oldun
sən tək qalanda
[nəqərat]
gözlərimin qarasıydı
ürəyimin parasıydın
mənə yaman baxan oldun
birdən durub gedən oldun
sən tək qalanda
vallah, yanırsan
bilirəm, yanırsan
sən tək qalanda
tövbə, yanırsan
yanırsan
sən tək qalanda
letras aleatórias
- letra de fuck what you claim - freddie dredd
- letra de that's what i do - axie
- letra de yee! - miles minnick
- letra de money sex power - muze sikk
- letra de the night we called it a day - irene kral
- letra de nightmare - siren's rain
- letra de we here - johnny cinco
- letra de the supporting character - emily kinney
- letra de sweet dream - jang na-ra
- letra de j'éteins - kekra