
letra de ikimizin yerinə - ədalət şükürov
[bənd 1]
bu sevgidən sən qorxursan, eybi yox
mən sevərəm ikimizin yerinə
bu eşq üçün bir gün dara çəksələr
mən gedərəm ikimizin yerinə
bu eşq üçün bir gün dara çəksələr
mən gedərəm ikimizin yerinə
[nəqərat]
min əzabdır sənsiz keçən hər günüm
unutmuşam yaxşı, yaman fərqini
bu sevginin dağ əridən dərdini
mən çəkərəm ikimizin yerinə
[bənd 2]
gül deyirəm, gül qəlbinə dəyirəm
mən sənin üçün tanrı yazan şeirəm
dodaqları inciməsin deyirəm
mən öpərəm ikimizin yerinə
dodaqları inciməsin deyirəm
mən öpərəm ikimizin yerinə
[nəqərat]
min əzabdır sənsiz keçən hər günüm
unutmuşam yaxşı, yaman fərqini
bu sevginin dağ əridən dərdini
mən çəkərəm ikimizin yerinə
[bənd 3]
taleyimdə sən açılan gülümsən
süzüb qara gözlərini gülümsə
bu sevginin sonu əgər ölümsə
mən ölərəm ikimizin yerinə
bu sevginin sonu əgər ölümsə
mən ölərəm ikimizin yerinə
[nəqərat]
min əzabdır sənsiz keçən hər günüm
unutmuşam yaxşı, yaman fərqini
bu sevginin dağ əridən dərdini
mən çəkərəm ikimizin yerinə
bu sevginin dağ əridən dərdini
mən çəkərəm ikimizin yerinə
letras aleatórias
- letra de fight muzik - joe budden
- letra de gutz - muze sikk
- letra de n'dalalé - zeerkos
- letra de to see them driven before you - cromlech
- letra de gajos com dinheiro - g treve
- letra de alcatraz - o.s.t.r.
- letra de fiori di loto - saintdomgvng
- letra de different places - sui zhen
- letra de 信仰之名(in the name of my faith) - tfboys
- letra de tehran zula - behzad leito & sohrab mj