
letra de bir yaz axşamı (''avara'' albomundan) - ədalət şükürov
[bənd 1]
bir yaz axşamı yandırdım şamı
neçə vaxtdır, görmürəm səni
bir yaz axşamı taxdım nişanı
sevgilim, sənin barmağına
üzük qaşsız qalıb, qızıl da xal salıb
güzgünü toz alıb, qayıtmadın
bu şam bütün gecə sönür-yanır necə?
sönməsin, gur yansın, bəlkə, gəldin
[nəqərat]
ürəyim dup-dup döyünür hər dəfə
sənin şəklini divarda görəndə
qapımı tuk-tuk kimsə döyəndə
gedirəm açmağa, bəlkə, gəldin
ürəyim dup-dup-dup döyünür hər dəfə
sənin şəklini divarda görəndə
qapımı tuk-tuk kimsə döyəndə
gedirəm açmağa, bəlkə, gəldin
[bənd 2]
bir yaz axşamı döysən qapımı
sənin addımını hiss etsəm
gedərəm, açım, evə buraxım
nurla dolsun mənim boş evim
sənin saçlarına taxardım bir sıra
nərgiz güllərini xırda-xırda
şam yansın, sönməsin, daş suya dönməsin
ürəyi bölməsin iki yerə
[nəqərat]
ürəyim dup-dup döyünür hər dəfə
sənin şəklini divarda görəndə
qapımı tuk-tuk kimsə döyəndə
gedirəm açmağa, bəlkə, gəldin
ürəyim dup-dup-dup döyünür hər dəfə
sənin şəklini divarda görəndə
qapımı tuk-tuk kimsə döyəndə
gedirəm açmağa, bəlkə, gəldin
[bənd 3]
sən başqa evdə yerini tapdın
boş bir ürəkdə yuva saldın
mənsə hər axşam yandırıram şam
bəlkə, şam işığına gəldin
gecə, uzun gecə, tənhalıq bir gecə
arzuları heçə salıbsan, yar
üzük qaşsız qalıb, qızıl da xal salıb
güzgünü toz alıb, bəlkə, gəldin
[nəqərat]
ürəyim, ürəyim
ürəyim dup-dup döyünür hər dəfə
sənin şəklini divarda görəndə
qapımı tuk-tuk kimsə döyəndə
gedirəm açmağa, bəlkə, gəldin
bəlkə, gəldin
letras aleatórias
- letra de в умат босая (in umat barefoot) - evva (rus)
- letra de not again - sky suzuya
- letra de american flag - amiture
- letra de it's just that - viktoria liv
- letra de two one - requesting
- letra de sequência da botação (part. mc gw) - dj tonias
- letra de dota player - lokitov & dabbackwood
- letra de puberty 2 - dpr cream
- letra de see thru - acidx2
- letra de all night - astricity