letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ayrılıb gedirəm - ədalət şükürov

Loading...

[bənd 1]
bilmirəm, sən məni kimə tay etdin?
gül kimi sevgimi niyə zay etdin?
ah, həsrəti, hicranı mənə pay etdin
ayrı qalmaq üçün səndən, kədərdən
ayrılıb gedirəm mən bu şəhərdən

mən elə yanmışam külüm qalıbdır
allaha tək borcum ölüm qalıbdır
ən böyük hədiyyən zülüm qalıbdır
eşqimi salmısan gözdən, nəzərdən
ayrılıb gedirəm mən bu şəhərdən
ayrılıb gedirəm mən bu şəhərdən

[nəqərat]
səni sevmək başa gəldi çox baha
izində arzular yetməz sabaha
səninlə üz – üzə çıxmırıq daha
bəlkə, sevinərsən sən bu xəbərdən?
əlvida, gedirəm mən bu şəhərdən!

[bənd 2]
bilmirəm, bəlkə də yenə sevirəm?
getməklə özümə əzab verirəm
mən sənsiz gedirəm, sənsiz gedirəm
bilmirəm, xəbərin varmı xəbərdən?
əlvida, gedirəm mən bu şəhərdən!
o çılğın gözlərin nə tez dəyişdi?
ayrılıq zamanı nə çox gecikdi?
sevgilim, bu gediş ən son gedişdir
dönmərəm geriyə bu son səfərdən
əlvida, gedirəm mən bu şəhərdən!
əlvida, gedirəm mən bu şəhərdən!

[nəqərat]
səni sevmək başa gəldi çox baha
izində arzular yetməz sabaha
səninlə üz – üzə çıxmırıq daha
bəlkə, sevinərsən sən bu xəbərdən?
əlvida, gedirəm mən bu şəhərdən!

səni sevmək başa gəldi çox baha
izində arzular yetməz sabaha
səninlə üz – üzə çıxmırıq daha
bəlkə, sevinərsən sən bu xəbərdən?
əlvida, gedirəm mən bu şəhərdən!

letras aleatórias

MAIS ACESSADOS

Loading...