letra de m - orxan zeynallı
[skit] [aid]
böyük arzulara gedən yolda
xırda addımlarla sən və mən
indi bir ürəyin içində ayılsaq da qanadlarla
mənim ilk not dəftərim başlamışdı təbəssümlə
itdi gülüş, vaxt ötdükcə kobud oldum hər sözümdə!
[bənd 1] [aid]
qurularkən gələcək mən hələ o vaxt körpə idim!
arzular evciyində gözəgörünməz nəğmə idim!
bir dünya, çirkli məkan və təmiz uşaq qəlbi
yoxluğun qorxusunda yaşayırdım, istək idim!
kələk idim, sənin dilinə qonurdum mən hər görüşdə!
işıq idim, öz gözümdə görünürdüm hər dönüşdə!
gülüş – döyüş səhnəsində təsadüfdür, bunu bilirdim!
amma yenə də gülüşlərin görünür həyat döyüşündə
bircə məktubum – o da ki, çatmamışdı uzaqlara!
isti öpüşüm, son anda qonmamışdı yanaqlara
tənha idim, amma ki, yoxluğun ayrı bir həyat idi!
və bil ki, o həyatda sən…
[nəqərat] [ayka]
sən ümidsən! həyatımdan gedirsən!
ağacıma tək budaqsan!
dərində bir bulaqsan! səni tapacam mən!
sən yağışsan! yanağımdan yağırsan!
bəzən arzulara qanadsan!
sən ayrı bir həyatsan!
bir həyatsan…
[bənd 2] [aid]
mənə bir nağıl danış!
mənə bir nağıl danış, həyatımıztək ağır olsun!
mənə bir gülüş ver ki, bütün dünya paxıl olsun!
sən ol mələk, mən əlçatmazlığınla barışım!
sən ol arzu, mən təkcə varlığından danışım!
sən ol xəyanət, mən sənin səbəb olduğun ayrılıq
sən ol günəş, mən səndən yaralı qalan qaranlıq
əlimdə var qələm, amma ki, mən deyiləm rəssam!
odur ki, ol bircə hərf divarda rahat çəkə bilim səni mən!
istəmə heç nə, yaşa, ol mənim ilham pərim!
dəniz dalğaları ilə, qoy rəqs etsin əllərin!
qısqanmıram, bu axı surreal dünya!
bəlkə də nağıldır hər yan və biz yeganə dünya!
sevginin bu qədər mümkün olduğu bir gündə
bircə gülüşün kifayətdir ki, gün tamamlansın!
mənim səndən uzaqda qalacağım günlərdə!
gözlərim uzağı görsün və daim səni axtarsın!
[nəqərat] [ayka]
sən ümidsən! həyatımdan gedirsən!
ağacıma tək budaqsan!
dərində bir bulaqsan! səni tapacam mən!
sən yağışsan! yanağımdan yağırsan!
bəzən arzulara qanadsan!
sən ayrı bir həyatsan!
bir həyatsan…
sən ümidsən! həyatımdan gedirsən!
ağacıma tək budaqsan!
dərində bir bulaqsan! səni tapacam mən!
sən yağışsan! yanağımdan yağırsan!
bəzən arzulara qanadsan!
sən ayrı bir həyatsan!
bir həyatsan…
letras aleatórias
- letra de misfortune - sable hills
- letra de oh no! - gabi sklar
- letra de интро (intro) - sweetdrug
- letra de can’t understand it - doobiedadevil
- letra de la clé - dobet gnahoré
- letra de all i need - r dia
- letra de khắc cốt ghi tâm - karik (vnm)
- letra de естетик (an esthetician) - f.a.u.s.t (ukr)
- letra de bringing me in - interlude - lake
- letra de mixtape shit - demko