
letra de əllərimi burax - orxan zeynallı
[nəqərat]
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış
[bənd 1]
bir qurtum su, həyatın dadı
bitməsin deyə son günə saxla
mən artıq doydum, bu sevgi odu
sönməsin deyə küləyi saxla
damcılar… sevgin kimi
tez-tez gedir, amma ki, iz qoyur
dalğalar… rəqsin kimi
səliqəsiz sahilə briz qoyur
sadəlövh ümiddin
əlində yenə danışılmış nağıllar
sən qəlbimi tərk etsən də
tərk etməz tanış olmuş ağrılar
biz həyatı sevmək istəsək də
cənnəti görmək istəsək də
ölmədən getmək istəsək də
buraxmaz günahlar bizi
[nəqərat]
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış
[bənd 2]
yenə durğun günlər kimi
tək-tənha güllər kimi
tez bitir, tez solur, amma qəlbimdə
iz qoyurdu ötən illər kimi
bəzən bir fikir kimi (kimi)
beyində dünən olub, amma bu gün yox
son ümid olan günəş kimi
üfüqdə sabah çıxar, amma bu gün yox
talehin artıq kobud olmuş əlləri
daşlamaqdan həyatımın günlərin
içindəyəm qara-qura vərəqlərin
sevməməkdə məni yox səbəblərin
günah məndəmi bitmirsə dərdlərin?
üzülmə çıxanda boşa sevgi cəhdlərin
bütün bu səhvlərin çevrilər düzə
çıxanda ürəyinin içindəki üzə
[nəqərat]
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
qanadımıza şaxta qonmamış
əllərimi burax
ondansa ürəyimdən yapış
gəl biz bir quş olub uçaq
letras aleatórias
- letra de becoming a redwood - lori laitman
- letra de między nami - siles
- letra de cep - marchelo
- letra de комарик (gnat) - mc dimanche
- letra de natasha yang ku cinta (itoshiki natasha) - jkt48
- letra de les amoureux - michel delpech
- letra de juice juice - f3nix
- letra de allergies, man - fishbug
- letra de where do we go? - hugo bash
- letra de fear - elnasser