letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sonunda evdəyəm - orkhan zeynalli

Loading...

[giriş]
sonunda evdəyəm
sonu bilinməyən
yollardan uzağa
qaçaraq evdəyəm

[bənd 1]
dörd divar içində tək
yoxdur nə sevgi, nə dostluq, nə ailə
qapanıb küncünə görə
sevə bilmədiyim dairə
musiqi, konsert, şöhrət və sairə
sevgi cəngavərini öldürüb soyudum
‘’sən daha yaxşılarına layiqsən’’ nağılını
danışıb yenə doydum
təklik, tale bir ömür boyumu?

və sonda özümlə tək asandır
axanda gözümlə bərk
sıxıram bu yaşı, axı mən bu yaşa
çatmışam yol boyu özümlə dalaşıb
inanıram özüm öz yalanıma, aldadıram
ilk görüşlərdə bal dadıram
gecdir, gəlmə daha imdadıma
qapını bağla, çünki
[nəqərat]
sonunda evdəyəm
sonu bilinməyən
yollardan uzağa
qaçaraq evdəyəm

sonunda evdəyəm
sonu bilinməyən
yollardan uzağa
qaçaraq evdəyəm
sonunda evdəyəm

[bənd 2]
qayıtdım, ana
1 il əsgərlikdən sonra görəndə
sevindiyin qədər sevin
inanmıram, səni kimsə mənim qədər sevir
amma bunu dilimə gətirmirəm, sanki
danışsam, dinsəm, qanayar dilim
ona görədir, yəqin, məni tanımayanlar
daha çox sevir, nəinki tanıyan biri
nə etsəm, gec-tez ayıb olur
az-çox oturub əynimə dayı rolu

çirkabdan uzaqlaşmaq üçün
haralara getmədim, dərd yenə bitmədi
sən demə, ürəyim kal, gözüm dəymiş
həmin nankor, özünü bəyənmiş
pis adam saydıqlarımın izinə düşüb
anladım ki, səhv özümdə imiş
nə fayda var, oturub ağla
gizlədib səmadan otunu dağlar
şöhrət, səhnə, qızlar, pullar
zindanımda orxan adlı qullar
sən idin məni darda qoymayan
sən idin, gəl, qorxma, qal, davam
gəldim, gördüm, fəth eləmək alınmadı
qorxmuram, çünki
[nəqərat]
sonunda evdəyəm
sonu bilinməyən
yollardan uzağa
qaçaraq evdəyəm

sonunda evdəyəm
sonu bilinməyən
yollardan uzağa
qaçaraq evdəyəm
sonunda evdəyəm

letras aleatórias

MAIS ACESSADOS

Loading...