letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sonuncu liliya - orkhan zeynalli

Loading...

[bənd 1]
16-cı mərtəbədən baxırsan saraya
mən isə sənin gözlərində görürəm saraylar
ərköyün şahzadə, fikir vermirsən haraya
məni bu hisslər görən sonda aparacaq haraya?

deyirlər – sevgi səhər dumanı kimidir, sıx və tez itən
mən də çıxacam bir gün cümləndəki mötərizədən
sahildəsənsə, dəniz artıq maraqsızdır
cənnətdəsənsə, mənə həyat maraqsızdır

o güllər solacaq, atılacaq
xoş sözlər bir gün unudulacaq
gecə gələcək, yenə günəş yatacaq
amma ki, nəğmələr qalacaq əbədi yaddaşda

sözlər deyilib artıq, mənə susmaq qalır
əlindən tutsam belə ürəyin uzaq qalır
ağlında mən olum, qoy, yadında mən qalım, qoy
çılğın notlarla saf ürəyini mən alım, qoy

[nəqərat]
yenə təxirə salınır səfərlər
yeni doğmalar köhnə şəhərdə
yenə qələmim yaradır dənizlər
buruq saçına burulanda sətirlər
uçmaq istəsən, tut əlimdən
gülüşün görünür gözlərimdən
səbəbin soruşma heç nəyin məndən
sənə atdığım ilk addım bu nəğmə

[bənd 2]
mənim vicdanımda çox göz yaşı var, bilirəm
xoşbəxtliyi qənaətsiz xərcləmişəm, bilirəm
belə bir hədiyyəyə layiq deyildim, bilirəm
amma ki, möcüzələrə inanmağa haqqım var

yalanın ən çox deyildiyi gündə sən doğuldun
əlçatmaz arzulartək həyatımda quruldun
və əgər dağılsa dünya, hər tərəf viran olsa
razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa

yenə də nəğmələrdə ümidsiz sətirlərdir
sevgilər birtərəfli görüşlər qətillərdir
və bir görüş həyatımdan günləri məhv etdikcə
səni unudulmaz edən cəmi bir dəfə görməyimdir

sualtı dünyada nağıl, sən orda şahzadə
həyatım olsun yalan nağıl, təki sən şahzadə
güzgüyə bax mələk olduğunu sal ara bir yada
sənə son toxunuşum oldu sonuncu liliyada
[nəqərat]
yenə təxirə salınır səfərlər
yeni doğmalar köhnə şəhərdə
yenə qələmim yaradır dənizlər
buruq saçına burulanda sətirlər

uçmaq istəsən, tut əlimdən
gülüşün görünür gözlərimdən
səbəbin soruşma heç nəyin məndən
sənə atdığım son addım bu nəğmə

letras aleatórias

MAIS ACESSADOS

Loading...