letra de hekayəm (live) - orkhan zeynalli
[bənd 1]
2003-cü ilin dekabrı – tanışlıq vaxtları
gözlərimiz bir-birimizdə tanışlıq axtarır
bir az cəsarətsizlik, yəqin, bir az uşaqlıq
ilk gündə sadəcə baxışlarla özümü saxladım
göndərdim məktub, cavab gələrmi, görəsən?
düşünürdüm, necə yazım ki, dərhal sevəsən
amma o vaxt indikitək dolğun yazmırdım heç
yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec
uşaqlıq, şirin günlər, beləcə keçir illər
ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər
bayramları gözləmək və hədiyyələr toplusu
hər dəfə gecikəndə sən səni itirmək qorxusu
ilk sevgi etirafı… yadımda dünənkitək
cavabı gec verdin, yəqin, dözər, deyirdin
bilsəydim, necə sənlə dayanardım həminkitək
həm də ki o vaxt bulvar bu cür gözəl deyildi
[nəqərat]
yenə sən getdin
yenə tək qaldım
sənə olan sevgimdən bu gün son
mahnını yazdım
yenə sən getdin
yenə tək qaldım
sənə olan sevgimdən bu gün son
mahnını yazdım
[bənd 2]
səni sevərdim, əbədi ölüm olmasaydı
amma əbədilik xoşbəxtliyə vermir zəmanət
dünyanı tanımazdım, doğum günüm olmasaydı
həyatın bəxş etdiyi hər saniyə mənə əmanət
noyabr, 2006 – ömürlük yadda qaldı
həyatı dərk etmək bəhanəsi ilə edilən səhv
uzaqlaşdıq bir-birimizdən əriyən aysberq tək
sonra barışanda ayrılmamağa verirdi vəd
içimdə o dövrdə yaradıcılıq yarandı
dostlarla yığışmaq, ev, rep, h.o.s.t yarandı
problem yaranırdı, səbəb buna pis baxmağın
yadımda yug-da əlimdən tutub səhnəyə çıxmağın
“bir h.o.s.t-çunun həyatı”nda bəzi sözlər sənə tanış
2009, fevral, 21-i, soyuq qış
hamı yeni mahnı eşqi ilə sakit dinləyəndə
mən uzaqdan sezdim, göz yaşı ilə gəldi alqış
[nəqərat]
yenə sən getdin
yenə tək qaldım
sənə olan sevgimdən bu gün son
mahnını yazdım
yеnə sən getdin
yenə tək qaldım
sənə olan sevgimdən bu gün son
mahnını yazdım
[bənd 3]
çoxu bilmir, “track”lərimin hansı sənə aiddir
nə də ki bilmirdilər, aid o vaxt kimə aiddir
hərdən bağışlamıram sənə o addımını
tulladığın məktublar uşaqlığımıza aiddir
vaxt kеçdikcə münasibətlər ciddiləşdi
mentalitet araya girdi, hər şey sadələşdi
amma səni həm də buna görə çox sevirdim ki
mənalı şeyləri mənasızdan ayırırdın
2010-a birgə girdik o sevgi dolu səhərlə
yadıma düşdükcə içim dolur qəhərlə
niyə axı hər saniyəmiz keçmirdi bizim o cür?
niyə axı böyüdükcə mən içim dolur qəhərlə?
layiqli soyuqluğunu gizlətdi mərhəmətin
düşündüm, ayrı qalsaq, artar məhəbbətin
amma ki səni uzağa aparan o təyyarə
yəqin ki, əsas səbəbkarı indiki söhbətin
bəlkə bu ritualdır – ayrılıqdan yazmaq
axı çox insan bu cür mahnılarla nəfəs alır
gözünün yaşını sil, istəmirəm kefini pozmaq
yaşamaq üçün çox adam gülüşlərindən həvəs alır
sevgi okeanında artıq sən adlı gəmim yox
bil ki, sevgim olar xatirə, qəmim yox
çətin yox, çox sadədir sonu bu əsərin
sadəcə bir qız …
[nəqərat]
yenə sən getdin
(yenə tək qaldım)
(sənə olan sevgimdən bu gün son)
(mahnını yazdım)
(yenə sən getdin)
(yenə tək qaldım)
(sənə olan sevgimdən bu gün son)
(mahnını yazdım)
yenə sən getdin
yenə tək qaldım
sənə olan sevgimdən bu gün son
mahnını yazdım
yenə sən getdin
yenə tək qaldım
sənə olan sevgimdən bu gün son
mahnını yazdım
letras aleatórias
- letra de cobaia (part. maiara e maraísa) - lauana prado
- letra de one of us - a*teens
- letra de seven acts of mercy - jools holland & his rhythm & blues orchestra
- letra de i've grown accustomed to her face - nat king cole
- letra de fear of a wide open life - low low low la la la love love love
- letra de back 2 back - j neat
- letra de fünf-uhr-tee bei familie kraus (the woman in the shoe) - comedian harmonists
- letra de sous une pluie d'étoiles - claude valade
- letra de ü30 - peter wackel
- letra de blameless (the floating face) - mike keneally