letra de atalar və oğullar - orkhan zeynalli
[bənd 1] [orkhan zeynalli]
salam, oğul, çoxdandır görüşmürük
çayın soyumamış götür, nə verim şəkər yoxsa qənd?
buranın havası yəqin bir az ağır sənə
bir-iki gün də qal, sonra düzün de, şəhər yoxsa kənd?
burada keçib uşaqlığın, yaxşı-pis böyütdüm səni
səmimi de, dadmısan heç burada zəhər yoxsa qəm?
bir qarış çörək, ən əsası halal zəhmətlə
hər bir qonşu, qohum adımı çəkir hörmətlə
sənin atan olmaq – ayağıma uzun yorğan elə bil
inan, çox qaldım şərəf, pul, seçim arasında
bəlkə düz deyirdin, bəlkə doğrudan elədi
yəqin mənəm günahkar ki, oğlum yetim anasından
bu əllər bilmir – nədir oğurluq, nədir namərd hərəkəti
amma səni hər ehtiyac içində görəndə qanadım əyilir
qiblə adlandırdığım qazancların yox bərəkəti
sanki o kişinin şəkli ilə bir getdi manatın dəyəri
sabahı düşün, oğul necə bir nəsil yetişər
bu günkü gəncliyin xəmirini pul yoğursa?
cəmiyyət xətrinə ailə, qohumlar xətrinə övlad
atalar aciz qalacaq, bir gün oğullar qul doğulsa
[nəqərat] [nazryn]
sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
bağışla, mən böyüdüm…
sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
bağışla, mən böyüdüm…
[bənd 2] [orkhan zeynalli]
salam, ata, görməyəli heç dəyişmədin
çayım qoy soyusun, isti günlər xatirəsinə
başa düş, rahatlığa fərq etmir şəhər yoxsa kənd
həyatın şirinliyinə təsir etmir şəkər yoxsa qənd
böyütdün, razıyam, amma öyrətmədin məğzi ki
bu dünyada gözdən sala bilər hamını bir səhv
öyrətmədin əsas qanunu, əsas dərsi ki
bu həyatda ya sən, ya səni, ya da hamını kimsə
halal zəhmət, pul niyə? – cənnətə getmək üçün
başqaları yığır altına, cənnətini tikmək üçün
vitrində oyuncağa baxan övladın yanında sıxılmaq
ədalət boş şeydir, yoxsa yanında sıfırlar
bu dörd divardan kənardakı hörmət gərəksizdir
əgər bu dörd divarın içində həyat yerlə-yeksan
düzün de çirkli pulla xəstə anamı xilas etmək?
yoxsa təmiz pulla dəfn edib ona vermək ehsan?
bəlkə də demək asan, bilirəm sənə də çətindir
niyə isə yaxşı insan olmağı sənətə çevirdin
həyatın sahibi olmaq, içim alışıb onla indi
eybi yox, deməsinlər gedəndən sonra “heyif, yaxşı oğlan idi…”
[nəqərat] [nazryn]
sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
bağışla, mən böyüdüm…
sənin əlin əlimdədir, sənə hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
sənin əlin əlimdədir, sənə olan hissim dərindədir
amma burax əlimi, buradan tək gedirəm, ata
bağışla, mən böyüdüm…
letras aleatórias
- letra de sidekick - mook n fair
- letra de dziesma vasarai - čikāgas piecīši
- letra de bolivar - nishi kami
- letra de city love - g5r squad
- letra de depths - traveller
- letra de life - don notz
- letra de who's the champ - hotbox
- letra de el gibi - erol evgin
- letra de lời tạm biệt - d-mex
- letra de confession - sammy bel mar