letra de sonunda evdəyəm/unuda bilməzsən (live) - orkhan zeynalli & ilkin dovlatov
[bənd 1]
dörd divar içində tək
yoxdur nə sevgi, nə dostluq, nə ailə
qapanıb küncünə görə sevə bilmədiyim dairə
musiqi, konsert, şöhrət və sairə
sevgi cəngavərini öldürüb soyudum
‘’sən daha yaxşılarına layiqsən’’ nağılını
danışıb yenə doydum
təklik, tale bir ömür boyumu?
və sonda özümlə tək asandır
axanda gözümlə bərk
sıxıram bu yaşı, axı mən bu yaşa
çatmışam yol boyu özümlə dalaşıb
inanıram özüm öz yalanıma, aldadıram
ilk görüşlərdə bal dadıram
gecdir, gəlmə daha imdadıma
qapını bağla, çünki
[nəqərat]
bu şəhərdən çıxıb gedə bilərsən
illəri illərə qata bilərsən
bir vaxt sevdiyini dana bilərsən
sən məni unuda bilməzsən artıq
bu şəhərdən çıxıb gedə bilərsən
illəri illərə qata bilərsən
bir vaxt sevdiyini dana bilərsən
sən məni unuda bilməzsən artıq
[bənd 2]
qayıtdım, ana
1 il əsgərlikdən sonra görəndə
sevindiyin qədər sevin
inanmıram, səni kimsə mənim qədər sevir
amma bunu dilimə gətirmirəm, sanki
danışsam, dinsəm, qanayar dilim
ona görədir, yəqin, məni tanımayanlar
daha çox sevir, nəinki tanıyan biri
nə etsəm, gec-tez ayıb olur
az-çox oturub əynimə dayı rolu
çirkabdan uzaqlaşmaq üçün
haralara getmədim, dərd yenə bitmədi
sən demə, ürəyim kal, gözüm dəymiş
həmin nankor, özünü bəyənmiş
pis adam saydıqlarımın izinə düşüb
anladım ki, səhv özümdə imiş
nə fayda var, oturub ağla
gizlədib səmadan otunu dağlar
şöhrət, səhnə, qızlar, pullar
zindanımda orxan adlı qullar
sən idin məni darda qoymayan
sən idin, gəl, qorxma, qal, davam
gəldim, gördüm, fəth eləmək alınmadı
qorxmuram, çünki
[nəqərat]
bu şəhərdən çıxıb gedə bilərsən
illəri illərə qata bilərsən
bir vaxt sevdiyini dana bilərsən
sən məni unuda bilməzsən artıq
bu şəhərdən çıxıb gedə bilərsən
illəri illərə qata bilərsən
bir vaxt sevdiyini dana bilərsən
sən məni unuda bilməzsən artıq
bu şəhərdən
bir vaxt sevdiyini
bu şəhərdən çıxıb gedə bilərsən
illəri illərə qata bilərsən
bir vaxt sevdiyini dana bilərsən
sən məni unuda bilməzsən artıq
letras aleatórias
- letra de quando a gente gosta de alguém - caçula & marinheiro
- letra de fuwa fuwa time - k-on!
- letra de o resto eu vejo depois - pentágono
- letra de lá vêm os gaúchos - grupo rodeio
- letra de almas gêmeas - ana costa
- letra de amizade - grupo integração jr.
- letra de o azeite descer - pr. melvin
- letra de mosaico abstrato - nando reis
- letra de que nego é esse? - os dedés
- letra de amor ao rap - king wall