letra de yalquzaq - okaber
[bənd 1]
bu əsərlərə dramatikliyi bəxş edən cəsədlər
verilən boş vədlər deyil yazdığım əsərlər
cənazələr cismində kəsdiyim misralar mənim kultum
son akkordları vurdum
insanla tamam, ayrı, fərqli, başqa varlığımız
ölümdən sonra dəyərli olmaq oxşarlığımız
xəstə jestlərim baş qəhrəmanıdır pyeslərin
başlıqsız sətirlərim başlığıdır manifestlərin
dostlar ən yaxşı günlərimdə hamısı yanımda
ən pis günlərimdə yoxdur yarısı yanımda
həyat bir dəfə verilmişdi, ölüm bir dəfə
addımlayırdıq mən, bir də ölüm, ölüm, bir də mən
insanlar anlamadı ki, ulduzlar onlara məxsus deyil
ruh azaddır gəlib-gedər, ömürlük məhbus deyil
şairlər məni seçdi, sətirlər məni sevir
mən sevirəm musiqini, çünki o, möcüzəni sevir
[nəqərat]
arxamda əcəl, önümdə məzar
mən qaçıram günahlardan uzaq
toxunma mənə, məni rahat burax
mən tənhalığı sevən yalquzaq
arxamda əcəl, önümdə məzar
mən qaçıram günahlardan uzaq
toxunma mənə, məni rahat burax
mən tənhalığı sevən yalquzaq
[bənd 2]
o öyrətdi mənə, həyatın müxtəlif qolları var
qumar oynamaq istəyirsən? qanuni yolları var
varlı var, milyonları bir oyunda karta gedir
fərqi yox, onsuz onun xoruzu da yumurta verir
o, elə körpə göstərdi mənə ki, hamı ondan iyrənir
ana qucağında indidən dilənmək öyrənir
var elə-belə deşilənlər, var damarı deşilənlər
var bahalı fahişələr, var divara işəyənlər
gənclik indi söz atıb tanış olmaqla yarışır
yaş 30, hələ də ‘’bluetooth’’la qız tutmağa çalışır
o göstərdi mənə, həyat yalan, nifrət doludur
hamı susub şəhər, kənd, oba, el səs eləmir axı
neftin bir barreli yenə filan qiymət oldu
9 milyona bir barrel bəs eləmir axı
o, məni fərqli yaratdı, boz ayda qurd dedi
‘’beyinləri manqurt’’ dedi, ‘’olanları yırt’’ dedi
[nəqərat]
arxamda əcəl, önümdə məzar
mən qaçıram günahlardan uzaq
toxunma mənə, məni rahat burax
mən tənhalığı sevən yalquzaq
arxamda əcəl, önümdə məzar
mən qaçıram günahlardan uzaq
toxunma mənə, məni rahat burax
mən tənhalığı sevən yalquzaq
arxamda əcəl, önümdə məzar
mən qaçıram günahlardan uzaq
toxunma mənə, məni rahat burax
mən tənhalığı sevən yalquzaq
arxamda əcəl, önümdə məzar
mən qaçıram günahlardan uzaq
toxunma mənə, məni rahat burax
mən tənhalığı sevən yalquzaq
letras aleatórias
- letra de close enough - arrows in action
- letra de bitch freestyle - youngabibbo
- letra de blurred lines - yems01
- letra de niqqas in move - the noiise dudes
- letra de theresa green - barry adamson
- letra de the difference - charlie ray
- letra de black knight - the loon goon
- letra de mcdollar - ska-p
- letra de don't flatter yourself - mkj & the beamish boys
- letra de till rytmen hon dansar - jiyar yousefi