letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sən olsaydın - okaber

Loading...

[bənd 1]
sən olsaydın
nə bu yazılar olardı
nə qəmli süjetlərlə bol səhnələr
nə payızlar olardı
nə məni darıxdıran boş məhlələr
nə qızlar olardı
həyatımda səndən başqa

sən olsaydın
sevdiyim azadlıq
nə dəmir barmaqlıq
qollarımda qandal
yalvarırdım, sən qal
getmə, indi günah
açılmazdı sabah
həyatımda səndən başqa

sən olsaydın
hətta ölüm xoş gələrdi mənə
görüş yeri boş qalardı
yenə hədəfi unutsaydım
unudardım varlığımı
təki səni unutsaydım
heç bir kəsi unutmazdım
həyatımda səndən başqa
[keçid]
sən bir xəyal kimi gözümdən itdin
mənsə xəyalınla xəyala daldım
sən bir insan kimi gəldin və getdin
mənsə dünya kimi yerimdə qaldım

[nəqərat]
həyatım, o günlərə yenə qayıtdım
səni tapa bilmədim, amma
ürəyimdən silmədim
heç bir zaman adını

həyatım, o günlərə yenə qayıtdım
səni tapa bilmədim, amma
ürəyimdən silmədim
heç bir zaman adını

[bənd 2]
eyni lənəti hər gecə pıçıldayaraq əzbər
sən həyatımda təksən, duyğulartək məxmər
sarışın, əsmər, ünvanlar dolu dəftər
həyata vurulan cəftə, buraxılan səhvlər məni uçurdan həplər
‘’бархат’’ oyundur həyat
bir gün şah, bir gün mat
4 sutka koma, süni nəfəs, aparat
təyinatım psixopat, mənə müxtəlif preparat
sonra sən gəldin, sonra sən getdin
heç kəsi sevə bilmədim, hamını özümə düşmən etdim
yazardıq melodramalar, yanımda qalsaydın
yazardıq melodramalar, sən olsaydın
sən olsaydın
nə bu yazılar olardı
nə də ki hər gecə gördüyüm ulduzlar olardı
nə kabuslar olardı
həyatım olardı bumbuz
olmazdı kabus həyatımda səndən başqa

[nəqərat]
həyatım, o günlərə yenə qayıtdım
səni tapa bilmədim, amma
ürəyimdən silmədim
heç bir zaman adını

həyatım, o günlərə yenə qayıtdım
səni tapa bilmədim, amma
ürəyimdən silmədim
heç bir zaman adını

letras aleatórias

MAIS ACESSADOS

Loading...