letra de nifrətimə görə bağışla - okaber
[bənd 1]
bu, məndəki paranoya
mənə lazım deyildi şan, şöhrət, eyforiya
gəl qaytarım səni bir az əvvələ, romantik maya
gəl unudaq varlığımızı, lənət olsun dünyaya
bu mahnını yazanda mən bir az içkiliydim
bu mahnı yazıldı, sevildi, mənsə heç kim idim
nifrət edirdim sənə, sən isə bağışlamadın
səhnədə görəndə məni ağladın, alqışlamadın
bağışla, həyatım, mənim həyatım dəyişdi
bağışla ki, özüm də bilmədim, bu nə işdir
yazdığım kompozisiyalarda sənin baxışların
baxdığımız səhnələrdə indi mənim çıxışlarım
qazandığım uğurlara ən çox sən sevinərdin
məni təbrik edərdin və birgə qeyd edərdik
çoxaldı sənin yerini tutmağa çalışan özgələr
böyüdü səhnələr, alqışlarla açılan pərdələr
[bənd 2]
sənsizlik necə soyuq
ayrılıq nəğmələrindən ikimiz də yorulmuşuq
gəl qaytar məni bir az əvvələ – soyuq noyabra
etdiyim səhvlər çaşdırdı, qaçıram ora-bura
səndən sonra içimdə yoxdur qorxu
çünki səni itirmək idi ən pis qorxulu duyğu
xəstə şair yazdı haqqımızda gözündə yaşla
yazdı ki, ən böyük sevgilər nifrətlə başlar
bağışla, həyatım, amma sənin həyatın dəyişdi
sadəliyin itdi, insanlara münasibətin dəyişdi
hamıya yuxarıdan aşağı baxırsan, təbiətin dəyişdi
geyim tərzi, görünüş, sir-sifətin dəyişdi
sənin hərisliyin, mənim bir az tərsliyim var
səndən öyrəndiyim yalanlardan dərsliyim var
boğulanda göz yaşlarımda bil ki, gəlirəm, qarşıla
mən unutmadım olanları, nifrətimə görə bağışla
letras aleatórias
- letra de off the floor - lavaa man
- letra de ksi - poppin (taky remix) | #poppinchallenge - taky
- letra de i'm (you) - jay hudson
- letra de making me feel - marco pistolera
- letra de artist - zilla
- letra de bobo - ñengo flow chileno
- letra de de efectos - santiago insane
- letra de bat cave* - isaiah rashad
- letra de grindin´ - hogan the young
- letra de song 2 x song 2 - kevin osmond