letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de hədəf ümidlərdi (explicit) - okaber

Loading...

[bənd 1]
hər əsər yazılanda mən də böyüyürdüm
hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm
sevirdim, amma xəyanəti görəndə ölürdüm
qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm
varlığım olsa da sənə möhtac, barışırdım
sən şahzadə deyildin, amma sənə tac yaraşırdı
necə dəyişərmiş məna sözlər yozulanda
necə pozularmış ətraf bir nəfər pozulanda

hər əsər yazılanda mən də böyüyürdüm
qonşum içirdi hər gün, anasını döyürdü
onda balacaydım, anlamırdım maldan, tozdan
sonralar başa düşdüm ki, ölüb “передоз”dan
dedilər, müəllim müqəddəsdir, mənə öyrətdilər
müəllimə hörmətin adı olub rüşvət, dedilər
ruhumu kirlətdilər, onsuz da çirkabdır
yazdığım əsərlər verilən suallara cavabdır

[keçid]
hər əsər yazılanda mən də böyüyürdüm
(böyüyürdüm, böyüyürdüm)
ruhumu kirlətdilər

[bənd 2]
hər əsər yazılır paranoyya harayımdan
gündə bir kərpic düşür ömrümün sarayından
neyrocərrahiyyə, hər dəfə ‘’ukol’’ beyinə
‘’капсула’’, lirika, ‘’гранула’’, ‘’tramadol’’ meyitə
dönən bədənimi ‘’морг’’a buz kimi qoydular hətta
məni kafir kimi tanıyıb dərimi soydular hətta
dedilər qəlbin qaradır, ətrafı da qaraldır
mənsə yazırdım, yoxsulluq vətənə sevgini azaldır
dedilər, aralı dur, dur bir az o tayda
qanımda quduzluq var, gəlirəm boz ayda
dövr də dəyişilib artıq, burcudur omba ‘’g-y’’lər
gözəl qız kəlməsi əvəz olunub ‘bomba şey’’lə
dedilər: ‘’psixopatsan? yazırsan axmaq kimi’’
indi yaşamaq üçün olmalısan yaltaq kimi
sapı özümüzdən olan balta kimi doğra, kəs
hədəfdə əks ümidlər gəlir tərs
ömür qəfəs (ömür qəfəs, ömür qəfəs, ömür qəfəs)
[çıxış]
çək tətiyi sonuna qədər, hədəf ümidlərdir
güllələ, həyat boş, mənasız cümlələrdir
ya bir musiqidir, gəlir duyğulara xoş
əslində boş xəyanəti əks etdirən sevgidir

çək tətiyi sonuna qədər, hədəf ümidlərdir
güllələ, həyat boş, mənasız cümlələrdir
ya bir musiqidir, gəlir duyğulara xoş
əslində boş xəyanəti əks etdirən sevgidir
sadəcə (sadəcə, sadəcə)
sadəcə (sadəcə, sadəcə)

letras aleatórias

MAIS ACESSADOS

Loading...