letra de nə var, nə yox - nm qrupu
-salam, elnur. nə var, nə yox?
-sağlığın. sən necəsən?
-belə də. haradan gəlirsən?
-özüm də bilmirəm
-qanın niyə qaradı e?
-heç sənin də qanın qırmızı deyil
-mən heç, mən bəlaya düşmüşəm. de görüm, sənə nə olub?
-mənim də dərdim danışılası deyil, anar
-aa başqasını sevir?
–eh, sevsəydi dərd yarıydı. heç kəsi sevmir. nə məni, nə də başqasını
-nə bilirsən?
-özü belə deyir
-mənə bax özü çox şey deyir. bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
-bəs mən yazıq haradan bilim? fal açdırım?
-eeh, sən də! fal niyə? öz-özün həssas ol da
-anar, bilirsən, deyir ki, inanmıram sənə
-əşi, deyir deyir də. elə elə ki, inansın
-yaxşı. fərhad kimi qaya çapım, yoxsa məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
-…dayan bir az fikirləşim. görüm sənə nə məsləhət verim? sən onun gözlərinə bax, gözlər yalan danışmaz
-eh, onu şairlər uydurub
-elnur, sən də qəribə söz danışırsan e! şairlər də bizim kimi adamdır da. onlar da seviblər, seviliblər
-eh, mənim dərdim bütün yazıçılar ittifaqı yığışıb yazsa, qurtaran deyil. yazıçılar ittifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
-yox, zəng eləmişdi
-aha, nə deyir?
-səsi soyuq idi, buz kimi
-səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
-əşi, salam-kalam eləmişdik ki, əlaqə saxladı
-bəs təkrar zəng eləmədin?
-elədim, telefonu bağlı idi
-hə, indi nə fikirləşirsən?
-ə, nə fikirləşəcəm ki? səsi sopsoyuq idi buz kimi
-hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir.bununla əlaqədar iqlim…
-dayan görüm e, sən də. atmosferin bura nə dəxli var?
-heç, elə-belə. sözdür də deyirəm. darıxma, hər şey yaxşı olacaq
-sən də darıxma
-nə var, nə yox?
-sağlığın
-ayrı nə var, nə yox?
-salamatçılıqdır
letras aleatórias
- letra de love addict. - tamuno.
- letra de baggage - ttssfu
- letra de slay! - head twist entertainment
- letra de 欲火(after life) - r.e.d(chn)
- letra de horror news - максим музыка & $moka & no1y
- letra de every day every night - dv.ol (kor)
- letra de i don't wanna wait (mixed) - david guetta & onerepublic
- letra de kung wala ka - because
- letra de i love u dyrachyo - dark saru
- letra de more than i can say - the black ghosts