letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de biləsən vahid - nizami rəmzi

Loading...

[giriş]
deyirəm ki, səndə biləsən vahid
bəlkə buna çarə edəsən vahid

[bənd 1]
gör necə dövr edib dəyişdi zaman
fələk bir dəqiqə vermədi aman
o gözəl həyatdan qalmadı əsər
həyalı insanlar çəkdilər zərər…

sən görən bakıdan yoxdur əlamət
yüz dəfə dəyişdi burada hök-mət
hər gələn qamçısın çırpdı bakıya
buna nə dağ dözər, nə möhkəm qaya…

[nəqərat]
deyirəm ki, səndə biləsən vahid, biləsən vahid, biləsən vahid
bəlkə buna çarə edəsən vahid, edəsən vahid, edəsən vahid

[bənd 2]
ən gözəl insanlar tərk edib getdi
yerinə yeyilməz göbələk bitdi
abşeron torpağın mundarladılar
inanmaq olmayır, bir də pak olar…

vəzifəli şəxslər özündən şaddır
kasıblar isə ayaq altında batdı
nə kişilik qalıb, nə də ki, hörmət
yalan ayaq alıb, yoxdur rəqibət…
[nəqərat]
deyirəm ki, səndə biləsən vahid, biləsən vahid, biləsən vahid
bəlkə buna çarə edəsən vahid, edəsən vahid, edəsən vahid

[bənd 3]
qırıldı neçə min günahsız insan
varlının çox oldu bu qan pulundan
qeyrətin, namusun pula satanlar
vətənə xaindir düşmənlər ey yar…

can atıb istədik, müstəqil olduq
bu müstəqillikdə yandıq, kül olduq
hər şeyin qiyməti qalxır, ucalır
insanlıq qiyməti yoxluqda qalır…

[nəqərat]
deyirəm ki, səndə biləsən vahid, biləsən vahid, biləsən vahid
bəlkə buna çarə edəsən vahid, edəsən vahid, edəsən vahid

[bənd 4]
cəmi iki dəfə getsən hamama
bir aylıq maaşın çatar tamama
neft həm pambığı olmayan ölkə
bizdən daha yaxşı yaşayır bəlkə…

küçələrdən axır çirkli üfunət
çoxalır xəstəlik, bitir səfiyyət
bu milli məclisdə bir yığım adam
gələnə-gedənə yandırırlar şam…
[nəqərat]
deyirəm ki, səndə biləsən vahid, biləsən vahid, biləsən vahid
bəlkə buna çarə edəsən vahid, edəsən vahid, edəsən vahid

[bənd 5]
heyvanat dözməyir qış gələn zaman
çadırlarda necə bəs dözsün insan
allah taa’la özü yar olsun sizə
bu qışda sağ qalsaz olar möcüzə…

evlərə gəlməyir nə işıq, nə qaz
yayda su verənlər edir etiraz
xəstəx-n-larda tapılmır dərman
xəstələr özü ilə daşıyır yorğan…

[nəqərat]
deyirəm ki, səndə biləsən vahid, biləsən vahid, biləsən vahid
bəlkə buna çarə edəsən vahid, edəsən vahid, edəsən vahid

[bənd 6]
omon-çularımız qorxmaz igidlər
düşməni dağıdar, dişi ilə didər
onlara vеrilsə xüsusi qiymət
vətənə edərlər can-başla xidmət…

sanki, ərşə qalxıb ümidlə inam
çünki həyat belə eyləyir davam
rəbbin varlığına inan insan
cahanda yaxşılıq еdər hər zaman…
[nəqərat]
deyirəm ki, səndə biləsən vahid, biləsən vahid, biləsən vahid
bəlkə buna çarə edəsən vahid, edəsən vahid, edəsən vahid

letras aleatórias

MAIS ACESSADOS

Loading...