letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de infinity - nara the kaseta

Loading...

[bənd 1]
böyümək, ölmək, gülmək – ayna
sözlər ölməz, gözlər, inanma
çöllər, sellər, dalğa – islanma
sənə deyər illər “qısqanma”

içki, tüstü, necəsən?
itkin düşdün gecələri
kim ki düşünür “dünya qalıb viranə”
eyni yalan, fərqli bəhanə, ey
gözləyirsən daha nə?
olmaz son
olmaz son
olmaz son
olmaz son, ey
sirləri gizlədən paltar
evdə qırıq-qırıq qablar
qıraq-qıraq yadlar
başqa üzlər, ayrı adlar

başlanğıc yanlış
sevgimiz də yarıda qalmış
hər ikimiz də çoxdandan tanış
od vurub şəhəri alışdır

[nəqərat]
bu soyuqluq dayandırır mənim nəbzimi
bu, sadəcə sənsizliyin ağır təsiri
qışqırıram, hər gün duy səsimin ən zilin
eh, eh, eh

bu soyuqluq dayandırır mənim nəbzimi
bu, sadəcə sənsizliyin ağır təsiri
qışqırıram, hər gün duy səsimin ən zilin

[bənd 2]
bağlayıb qapını bərk, ey
yandır və birini çək, ey
aç o qanadını, uç, çıx get
qoyaraq dünyada hamını tək
(bağlayıb qapını, bağlayıb qapını, bağlayıb qapını, ey, ey, ey, ey)

qaçıram əlindən harasa, azmışam, sən haradasan?
sən yarı ölü, mən yarı sağ, düzələr bəlkə də barışsaq?
həyat və ölüm qarışsa, ulduzlar bizimlə yarışsa
görüşərik heç olmasa, görüşərik gec olmasa

dünən hamı mənə qarşı
bu gün hamı mənə yaxşı
sabah nə olacaq, bilmirəm
ya da nə olacaq axırım, ey
gözümə bax, vaxt bitmədən özünü tap, ey
dözürəm, mama, həyat yalan, üzürəm amma mən, ey

[nəqərat]
bu soyuqluq dayandırır mənim nəbzimi
bu, sadəcə sənsizliyin ağır təsiri
qışqırıram, hər gün duy səsimin ən zilin
eh, eh, eh

bu soyuqluq dayandırır mənim nəbzimi
bu, sadəcə sənsizliyin ağır təsiri
qışqırıram, hər gün duy səsimin ən zilin

letras aleatórias

MAIS ACESSADOS

Loading...