
letra de ilk sevgi - nadir qafarzadə
[bənd 1]
göydə ulduz gilə-gilə
yığmaq olmur gilə-gilə
mən baxıram qəlbim yanır
sən baxırsan gülə-gülə
mən baxıram qəlbim yanır
sən baxırsan gülə-gülə
[nəqərat]
üzüm bağı gözüm düşər
salxımından üzüm düşər
yar sallanar ürəyimə
ilk sevginin közü düşər
yar sallanar ürəyimə
ilk sevginin közü düşər
[bənd 2]
yar bağında çiçək olar
yel əsdirər ürkək olar
gül içində gəzən qızın
qəlbi güldən kövrək olar
gül içində gəzən qızın
qəlbi güldən kövrək olar
[nəqərat]
üzüm bağı gözüm düşər
salxımından üzüm düşər
yar sallanar ürəyimə
ilk sevginin közü düşər
yar sallanar ürəyimə
ilk sevginin közü düşər
[bənd 3]
nə gözümün yuxusu var
nə qəlbimin qorxusu var
yar oyaqdır bu gecədə
bir bənövşə qoxusu var
yar oyaqdır bu gecədə
bir bənövşə qoxusu var
[nəqərat]
üzüm bağı gözüm düşər
salxımından üzüm düşər
yar sallanar ürəyimə
ilk sevginin közü düşər
yar sallanar ürəyimə
ilk sevginin közü düşər
ilk sevgimin közü düşər
letras aleatórias
- letra de exist - gp
- letra de jit - glokknine
- letra de so good - brwn
- letra de someone like me - njomza
- letra de sidewalk - zzzsomnus
- letra de imagine... the answer - amir
- letra de every kind of way - h.e.r.
- letra de dog days are over (the voice performance) - sarah grace
- letra de who do you love - all saints
- letra de let me know - trey songz