
letra de bəlkə də - nərmin məmmədova
[bənd 1]
sən gedəli qəlbimə daş bağlamışam
intizarın illərimi aldı mənim…
kaş ki, biləydin nə qədər ağlamışam
hər dəfə yollarda gözüm qaldı mənim
kaş ki, biləydin nə qədər ağlamışam
hər dəfə yollarda gözüm qaldı mənim
[nəqərat]
bəlkə də heç gəlməyəcəksən bu gecə
bəlkə də yollarda hədər gözləyirəm
hər kəsin öz yarı gəlir kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
[bənd 2]
ruhumu izlər gecələr kölgə kimi
bir də sənin görməməyin şübhələri
bəlkə də heç olmadı əvvəlki kimi
yığmışam üst-üstə yenə bəlkə-ləri
bəlkə də heç olmadı əvvəlki kimi
yığmışam üst-üstə yenə bəlkə-ləri
[nəqərat]
bəlkə də heç gəlməyəcəksən bu gecə
bəlkə də yollarda hədər gözləyirəm
hər kəsin öz yarı gəlir kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
[bənd 3]
həsrətin axır ki, məni çəkdi dara
könlüm olubdur qara zülfün əsri
sən də gəl insafa bir, axtar bir ara
bəlkə ölür səndən ötrü burda biri
sən də gəl insafa bir, axtar bir ara
bəlkə sənin üçün darıxır burda biri
[nəqərat]
bəlkə də heç gəlməyəcəksən bu gecə
bəlkə də yollarda hədər gözləyirəm
hər kəsin öz yarı gəlir kama çatır
bir mənəm illərdir xəbər gözləyirəm
bir mənəm illərdir xəbər gözləyirəm
letras aleatórias
- letra de all fall down - reyna von chase
- letra de light bulb boy - zelma stone
- letra de bust down time! - rewindraps
- letra de watch your step (disclosure vip) - disclosure & kelis
- letra de garnish - grubs [uk]
- letra de nobody knows the trouble i've seen - kay starr
- letra de dennis rodman - zac clark
- letra de я ищу тебя (i'm looking for you) - дина саева (dina saeva)
- letra de to the black propaganda - skeptis
- letra de swear - nams