letra de dövrə - nərgiz əliyeva (singer-songwriter)
hava soyuq, önüm açıq
boğazımdan sözlər düşəcək ciyərlərimə
öskürdəcək yenə
gecə uzun, gün qısalıb
sabahdan payıma düşən hissə alınacaq
əldə qalmayacaq heç nə
fəsillər dəyişsə də
dövrə eyni deyilmi?
fəsillər dəyişsə də
dövrə eyni deyilmi?
əridirlər, bərkiyirsən daha möhkəm
şaxta vurur və qan sızır çartlayan yerdən
soyulur dərin, incidir amma yenisi gəlir
daha qalın, daha sərt
qabara çevrilir dərd
fəsillər dəyişsə də
dövrə deyilmi eyni?
eyni deyilmi?
eyni deyilmi?
bir yay daha sona çatıb
yadımdakı günlər düzülüb ipə
düşəcək xatirəmə
isti hava, buxarlanıb
qucağımda saxladığım bir neçə nəmli iz də
əridirlər, bərkiyirsən daha möhkəm
şaxta vurur və qan sızır çartlayan yerdən
soyulur dərin, incidir amma yenisi gəlir
daha qalın, daha sərt
qabara çevrilir dərd
fəsillər dəyişsə də
dövrə deyilmi eyni?
eyni deyilmi?
eyni deyilmi?
fəsillər dəyişsə də
eyni deyilmi?
eyni deyilmi?
eyni deyilmi?
eyni deyil
letras aleatórias
- letra de so bitter - doo art
- letra de au fond du vers - antartik
- letra de riding - b-free
- letra de home (ganther remix) - diana wang (王詩安)
- letra de meri jaan - premz
- letra de the lift off - garey godson
- letra de el maestro (en vivo) - babasónicos
- letra de ich schaff das allein - rexx
- letra de mentos - faza
- letra de my song - mozhdah