letra de sar yaraları - musta [az]
[bənd 1]
işıq tut ara-ara izi
işıq tut ara-ara izi
yıxıldım para-para dizim
yaşayıram savab üçün demə
həyat haradan-hara atır bizi
fərqində olana, qanana deyirəm
yanında olduğun yanında deyil, hə?
aradım illərcə yerimi
yerim bura, amma buradan deyiləm
narazı gedir
kim razı gəlib
vicdanım satılır ucuza
yerinə bahası gəlir
[nəqərat]
arada gəl yuxularıma
səninlə enərik dərinə
alacaq duyğuların var
ödəyək bədəli nə
arada gəl yuxularıma
səninlə enərik dərinə
alacaq duyğuların var
ödəyək bədəli nə
[bənd 2]
içimdə payızım sonuncu noyabr
gələndə o yazım, yuxudan oyadın
dünyanı qaraya boyadım
hər yara bədəndə ruhumu oyadır
zamana tərs, tərsinə gedirəm
alovum soyuqdu közüm ilıq, soruş
zülməti niyə mən sevirəm, evimdə
bayramın günündə sönür işıq
“cash” nədir, dostlarım hər biri xəzinədir
ailəmdir sərvətim
bəziləri versən də qəlbini, bəs eləmir
səs eləməyin!
gəl yaralarımı say
sən yaralarımı sar
sənə güvənirəm, çün
sən yaralamısan
gəl yaralarımı say
sən yaralarımı sar
sənə güvənirəm, çün
sən yaralamısan
[nəqərat]
arada gəl yuxularıma
səninlə enərik dərinə
alacaq duyğuların var
ödəyək bədəli nə
letras aleatórias
- letra de black panther status - daam!
- letra de sleeping - over easy & wyle
- letra de so long - nathan ball
- letra de teenage dream - marvin valet
- letra de historias en el mar - accidents
- letra de bitchday party - celine alette
- letra de derdiniz ne - fauno (türkiye)
- letra de aqueous ammonia - lost soul
- letra de mentiste - grupo bandy2
- letra de oli mbega? - scoppy sizzy