letra de təşəkkür - murad arif
təşəkkür lyrics
[bənd 1]
mən sənə ulduzları göydən dərib gəldim
tək sənin olmaq üçün qəlbimə hökm elədim
bir cənub şəhərində, balaca bir kafedə
başlayan sevgimizi nəğmələrə çevirdim
[nəqərat]
günlərimin, illərimin əzizdir hər bir anı
səninlə yazdığımız romanın
hər səhifəsin yenidən keçərəm
sevgin ilə bağışladın ulduzları, səmanı
həsr elədin mənə öz dünyanı
hər şey üçün təşəkkür edirəm
[bənd 2]
bu dənizin şəfəqlərin tellərindən dərmişəm
şəhərimin küçələrin sənlə gəzib sevmişəm
o günlər unudulmaz, o gözlər unudulmaz
boz həyatın al rənglərin gözlərində görmüşəm
[nəqərat]
günlərimin, illərimin əzizdir hər bir anı
səninlə yazdığımız romanın
hər səhifəsin yenidən keçərəm
günlərimin, illərimin əzizdir hər bir anı
səninlə yazdığımız romanın
hər səhifəsin yenidən keçərəm
sevgin ilə bağışladın ulduzları, səmanı
həsr elədin mənə öz dünyanı
hər şey üçün təşəkkür edirəm
[çıxış]
mən sənə ulduzları göydən dərib gəldim
letras aleatórias
- letra de louis vuitton - tzigoiners
- letra de to hell//heaven we go - stxlkin
- letra de atlantis - ashkidd
- letra de space - hhu
- letra de retina - çiğ (tur)
- letra de revenge - clodio
- letra de rxtten - 666gxnza
- letra de butterfly curtains - unicorn poop
- letra de pisces - amr mohsen
- letra de moscow - antigoddess