letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de özləmindən dərin - morgion

Loading...

[ bənd 1 : morgion ]

qəlbdən axan yaşam əgər gözlərindən silsən
cəlb edirsən dözənmirəm başdan ayağa sirsən
qorxma, niyə ürküb əsirsən?
saray olsun qəlbim ömür boyu ol əsiri sən

tanrı yaraları sarımaz
öldürüblər bədənimi ruhum göyə qalxmaz
uzaqdasan niyə axı, əlim sənə çatmaz
qurutmuşam gözlərimi heç kəs üçün axmasın

niyə susursan izah elə?
danışıram səs yoxdu illərdi fəza ilə
əl aç tanrıya, sonra dua et və sairə
axı nə vaxt bitəcək denən bu əsarət?

qəlbin dinəcək ya sonra
kim gedəcəy yolu gəlmir səs-soraq
milyon dənə mahnı yazdım çatmır səs ona
niyə çatmır səs ona

[ nəqarət : morgion ]

gözlədim, gözləmirsən məni
sözlərin özləmindən dərin
de görüm, güllərini kim dərib
yaram ağrımır özgəsindən dəyib
gözlədim, gözləmirsən məni
sözlərin özləmindən dərin
de görüm, güllərini kim dərib
yaram ağrımır özgəsindən dəyibsə

[ bənd 2 : salo ]

qalır dodağının dadı hələ damağımda
qoyursan iz mənim damarımda
hiss elədim sevgini hər anımda
qaldı yarımçıq şarabım da

səni düşünürdüm əzabımda
yatıb məzarımda
demişdim sənə zamanında:
“mənim zamanım dar”

darıxmışam hələ də mən
dayanmışam məhəllədə
mənə qarşı sevgi hissin
ölə bilər bəlkə də

qaçmalıyam ölkədən
gözlərindən uzaq yerdə
ölməliyəm bəlkə də
mənə qalan qəm kədər
səni görüm ölmədən
qaranlıq yerdə işığım sönmədən
bu döngədən keçməliyəm
üstümdə kölgələr

dəyişib nömrələr
sevgimi hamı bilir
bilirdi köhnələr
yazıram ümid otağında ümidsizliyimi

deyir acizliyimi, istəyirlər pisliyimi
“sevirəm” deyə bilmədim
qorudum gizliliyimi
bilmirdi heç nə, bilmir qəlbimdə gizlədiyimi

edirəm istədiyimi
sənə qarşı incəliyimi
qorudum gözlərini
unutmuşam sözlərini

[ nəqarət : morgion ]

gözlədim, gözləmirsən məni
sözlərin özləmindən dərin
de görüm güllərin kim dərib
yaram ağrımır özgəsindən dəyib
gözlədim, gözləmirsən məni
sözlərin özləmindən dərin
de görüm güllərin kim dərib
yaram ağrımır özgəsindən dəyibsə

letras aleatórias

MAIS ACESSADOS

Loading...