letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de sənsiz niyə gərəkdir - mirzə babayev

Loading...

[bənd 1]
sona düşür göllərə
seyrə çıxaq çöllərə
gəl qucaq-qucaq gül-çiçək yığaq
düzək qara tellərə

[nəqərat]
çöllər gör nə qəşəngdir
gülləri rəngbərəngdir
bu yaşıl çəmən, lalə, yasəmən
sənsiz niyə gərəkdir?

[bənd 2]
sən gəzməyə çıxanda
bizim ana muğanda
qönçələr açır, ətrini saçır
təzə güllər hər yanda

[nəqərat]
çöllər gör nə qəşəngdir
gülləri rəngbərəngdir
bu yaşıl çəmən, lalə, yasəmən
sənsiz niyə gərəkdir?

[bənd 3]
güllər bənzəyir sənə
o gülümsər çöhrənə
buna görə də dağ da, dərə də
güllər xoş gəlir mənə
[nəqərat]
çöllər gör nə qəşəngdir
gülləri rəngbərəngdir
bu yaşıl çəmən, lalə, yasəmən
sənsiz niyə gərəkdir?

[bənd 4]
qoşulub min gözələ
gəzməyə çıxsan çölə
gözü bağlı mən sənin ətrindən
taparam qara gilə

[nəqərat]
çöllər gör nə qəşəngdir
gülləri rəngbərəngdir
bu yaşıl çəmən, lalə, yasəmən
sənsiz niyə gərəkdir?

letras aleatórias

MAIS ACESSADOS

Loading...