letra de badə-badə - miro (aze)
[bənd 1]
nədir bəxtimizə düşən, ayrılığın adıdırmı?
uzaq olsaq da, düşən yada yarın yadıdırmı?
bu gələn dad acıdır, eşqimizin dadıdırmı?
gedən onsuz da gedər, heyif, sevgi badə gedir
o gedəndən içirəm, şərab badə-badə gedir
elə bil yıxılmışam, əl tutanım yoxdur mənim
çinaram səhralığa, gəl, budağım yoxdur mənim
qurumuş torpağa tən bağça-bağım yoxdur mənim
gözümün önündə yar addım atır, yada gedir
o gedəndən içirəm, şərab badə-badə gedir
[bənd 2]
mən həmin baxışlarla gözlərinin aşiqiyəm
o şirin dillərinin, sözlərinin aşiqiyəm
mənə bağlı ikən olan hisslərinin aşiqiyəm
həyatım təxminidir, saat radə-radə gedir
o gedəndən içirəm, şərab badə-badə gedir
hər anı əzbərimdə qarış-qarış tellərinin
yatıram, xəyal edirəm onla olan günlərimi
oyanıb hiss edirəm istiliyini əllərinin
belə halda ikən, inan, qəflətən iradə gedir
o gedəndən içirəm, şərab badə-badə gedir
[bənd 3]
bu əzablarla nədir sevgi bilib sayəndə
leylinin məcnunuyam, söhbəti var barəmdə
nə cəhənnəm, nə də cənnətdir maraq dairəmdə
bu sirri bilən bilir, savaş bu dünyada gedir
o gedəndən içirəm, şərab badə-badə gedir
dəyişib dövranım, hər kəs tanıyır, hamı bilir
gəlmişəm qarış-qarış, danışmışam, hamı bilir
dünyanın hər cürəsini ömür edirəm şanı bilib
bu adam mərd yaşayıb, sadə gəlib, sadə gedib
gedən onsuz da gedib, şərab badə-badə gedir
letras aleatórias
- letra de your heroes - a traitor like judas
- letra de post it - stephanie quayle
- letra de push - jogger (rapper)
- letra de ok wab - wablo
- letra de where the bluegrass grows - steven curtis chapman
- letra de porfi - drackomlk west
- letra de finesse - young hysan
- letra de memphis blues again - daniele luppi & parquet courts
- letra de tøkyø - cøzybøy
- letra de grape - laypa$