
letra de kimiyəm - miro [az]
[bənd 1]
səhər tezdən dərdim oyanmış
qalxıb yerimdən ürəyim tərsdən
günəş doğmuş, bulud çəkilmiş
göygölə baxırdım onda kəpəzdən
ürəyim yarpaq kimi titrədi
qəfil eşitdiyim incə bir səsdən
bu uzaqdan yarın səsi imiş
bilsəm, yanında mən də olardım
nə bilərdim onu mən
yanımda görsəm, inanardım
bu eşq yaman nəyin nəsi imiş
bilsəm, çoxdan mən də sevərdim
nə bilərdim onu mən
çoxdan görsəm, inanardım
[nəqərat]
mən səni gördüyüm həmin o zamandan
qopdum candan, yeddi cahandan
tən ortadan mən həmin andan
qatlanmış kimiyəm
üzündə qəmzən xınalı naxışdan
xəncər kimi kəskin o baxışdan
quru havada sanki yağışdan
islanmış kimiyəm
[bənd 2]
gözüm görməz, eşqinə düşsəm
dünya dolanıb üstümə gəlsə
sənə dönürəm, sevgili yarım
baxıram güzgüyə, güzgüdə sənsən
səni görəndə nur olur hər yer
sancır qəlbimin üstü nədənsə
bir gözəllik dərdinə düşdüm
yandım, qaldım şam kimi dərddən
düz yolumla gedirdim
eşqin dartır məni xətdən
bu yazılmış yazı idi, yoxsa
qəlbim çıxardı qarşıma bəxtdən?
necə sataşdı gözün gözümlə
keçəndə mən hacıkənddən
[nəqərat]
mən səni gördüyüm həmin o zamandan
qopdum candan, yeddi cahandan
tən ortadan mən həmin andan
qatlanmış kimiyəm
üzündə qəmzən xınalı naxışdan
xəncər kimi kəskin o baxışdan
quru havada sanki yağışdan
islanmış kimiyəm
letras aleatórias
- letra de bombay - kirarce
- letra de half asleep / half awake - lil camel crush
- letra de forever - superpowerless
- letra de oye el consejo - ibrahim ferrer
- letra de player - muki
- letra de só mais essa - alaska (bra)
- letra de reverie - luminous orange
- letra de feelings. (feat.eli.) - yaboizosh
- letra de visa - awwz
- letra de when you came along - nashville cast