letra de hasarlar - miro [az]
[bənd 1]
yenə xəyallarım səni xatırladır mənə iki daşın arasında
axı xatirələr ölümcül zəhər, eşq kəndir boğazımda
bilmirəm varam, yoxam, haradayam sənin ömrünün arasında
daha silahsızam sevgidə, inanmasalar üstümü arasınlar
[nəqərat]
açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb
ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb
yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb
bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür

[bənd 2]
bəlkə sevgini yenidən başladaq bir də, ya adını dəyişək?
ya da doğma olaq bir-birimizə əbədi, ya yad olaq həmişə?
gecələr gündüzlərə qarışıb, yuxusuzluqdan viran ürək
ya qovuşaq artıq nə olar, ya darıxmağın saatın dəyişək
[keçid]
açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb
ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb
yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb
bircə dəniz var, bir-iki ovuc, uzaqlardan görünür
[nəqərat]
açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb
ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb
yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb
bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür
açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb
ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb
yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb
bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür
letras aleatórias
- letra de latex - bunbury & vegas
- letra de egal was du machst - icy
- letra de wish you were here (remix) - bloods & crips
- letra de now - deyniel
- letra de memórias do subsolo - joe sujera
- letra de all my friends are dads - kmpfsprt
- letra de książe nieporządek - kaz bałagane
- letra de diseased bigotry - znowhite
- letra de candyman - candyman
- letra de -8/8, m8 (killshot freestyle) - demonic thug