letra de mən heçkiməm - miri yusif
[bənd 1]
bu həyatın axarında
ya çör-çöpəm, ya da çinar
ya qatarın tüstüsündə uzaq quşam
ya baharam, ya da qışam
hamı üçün az, özüm üçün çoxam mən
çoxam mən, çoxam mən
bu gün acam, sabah toxam
bu gün varam, bu gün varam
sabah yoxam mən
[nəqərat]
mən kiməm? mən heç kiməm
mən ölüb gedəcəm üç günə, beş günə
mən kiməm? mən heç kiməm
mən ruhi azad, qəlbi köçkünəm
mən kiməm? mən heç kiməm
mən ölüb gedəcəm üç günə, beş günə
mən kiməm? mən heç kiməm
mən ruhi azad, qəlbi köçkünəm
[bənd 2]
o isimsiz kölgələrdən
o xəbərsiz bölgələrdən
bir qartalam, qəlbi lalam
qışda günəş, yayda qaram
ya arı qonan çiçək
ya da cismini axtaran ruham mən
bu gün varam, sabah yoxam
bu gün varam, bu gün varam
sabah yoxam mən
[nəqərat]
mən kiməm? mən heç kiməm
mən ölüb gedəcəm üç günə, beş günə
mən kiməm? mən heç kiməm
mən ruhi azad, qəlbi köçkünəm
mən kiməm? mən heç kiməm
mən ölüb gedəcəm üç günə, beş günə
mən kiməm? mən heç kiməm
[çıxış]
(mən kiməm? mən heç kiməm)
(mən kiməm? mən heç kiməm)
(sən tək, sən çarəsiz)
mən ölüb gedəcəm üç günə, beş günə
(sən dünyada qayğısız)
mən ruhi azad, qəlbi köçkünəm
ölüb gedəcəm üç günə, beş günə
mən kiməm? mən heç kiməm
mən ruhi azad, qəlbi köçkünəm
letras aleatórias
- letra de control - kevin meyer
- letra de rock n roll slow poke vers. - kurtains
- letra de sanctuary (48 hours) - itstateshawty
- letra de тени (shadows) - krizz (rus) & sapph1res
- letra de ching ching - jblaq
- letra de septic - syx (metal band)
- letra de greetings - crimson vial
- letra de mayadeenik | ميادينك - el far3i
- letra de белый негр (white negro) - autobass heroes
- letra de мы - akim apachev, darya freyy